Bakı-Perm aviamarşrutu üzrə uçuşlar başladı- QİYMƏT

Xəbərlər 20 May 2014 00:00 1000
Bakı-Perm aviamarşrutu üzrə uçuşlar başladı- QİYMƏT

«Azərbaycan Hava Yolları» (AZAL) QSC bu gündən Rusiyanın Perm vilayətinə yeni aviareys açıb. Seyyah.az-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı xəbər verib. Məlumata görə, bu istiqamət üzrə uçuşlar may-oktyabr aylarında həftənin çərşənbə axşamı və cümə günlərində həyata keçiriləcək. Hər iki tərəfə aviabiletin qiyməti 430 manatdır.

 

İlk aviareyslə Permə uçan AZAL nümayəndəsi Rahib İsayev hava limanında “Perm Hava Yolları”nın rəhbərliyi ilə görüşüb. Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR