"Qiymətlərimiz çox sərfəlidir" - Şəki İSSAM HOTEL

Xəbərlər 20 May 2014 00:00 4584
"Qiymətlərimiz çox sərfəlidir" - Şəki İSSAM HOTEL

Şəki şəhərindəki "ISSAM" Otel ve Spa mərkəzi gözəlliyi və imkanları ilə paytaxt otellərindən heç də geri qalmır. Buradakı istirahət və müalicə imkanları ilə bağlı seyyah.az-ın suallarına hotelin baş meneceri Səbuhi Ağammədli cavab verir.

 

- İSSAM otel & Spa Mərkəzi Şəkidə yeganə olan SPA mərkəzidir. Kompleksimiz 2012-ci ilin mayından fəaliyyət göstərir və biz müştərilərə yüksək səviyyədə xidmət göstərməyə çalışırıq. Müştərilərimiz hoteldə qalmaqdan əlavə, istirahət və əyləncə ilə bərabər, geniş çeşidli sağlamlıq xidmətlərindən də faydalana bilərlər.

 

- Əvvəla hotelin imkanlarından başlayaq, burada neçə otaq var?

- Mərkəzdə müasir avadanlıqlarla təhciz edilmiş 17 - standart, 2 - lüks və 1 - 3 nəfərlik otaq var. Oteldə bir gün ərzində 43 nəfər qonaqlaya bilər.

 


- Burada qiymətlər necədir?

- Qiymətlərimiz çox sərfəlidir. Hotelimizə gələn istənilən şəxs buna əmin ola bilər. Təsəvvür edin, iki nəfərlik standart otaqlarda bir gecəlik qalmaq səhər yeməyi daxil 70 manat, 3 nəfərlik otaq 100 manat, lüks otağın gecəsi 120 manatdır.

 

- Hoteldə qalan müştərilər hansı xidmətlərdən ödənişsiz istifadə edə bilərlər?

- Otaqları sifariş edənlərə səhər yeməyi və SPA mərkəzindən istifadə pulsuzdur. Buraya hovuz, quru sauna, buxar otagi, turk hamami, fitnes zalindan istifadə daxildir. Hər bir otaq mini-bar, Wi-Fi və rəqəmsal TV ilə təhciz edilib. Bütün bunlardan başqa kompleksimizdə kompüter otağı da var.

 

- Səbuhi bəy, hoteldə bir nəfərin normal nahar və şam yeməkləri neçəyə başa gəlir?

-  Otelimizdə yerli və əcnəbi yeməklər sifariş etmək olar. Bir nəfərin nahar yeməyi 10-12, şam yeməyi isə 12-15 manat arası başa gələ bilər. Dəqiq qiymət müştərinin istəyindən asılıdır. Hotelimizin yaxınlığında bizim “Çələbi xan” restoranımız da fəaliyyət göstərir. Qonaqlarımz orda da nahar və şam edə bilərlər.

 

- Tutaq ki, 12 manatlıq menyu sifariş etdik. Buraya nə daxil olacaq?

- Bura 1) sulu xörək- düşbərə, mərgi, doğa, toyuq suplarının biri; 2) Toyuq qızartması, kababların hərəsindən bir tikə, 3) 2 növ salat, 4) meyvə, 5) kompot, qazlı və ya qazsız su. Bu qiymətə bir nəfərin doyacağı qədər qidalanması mümkündür. Bundan başqa, kompleksdə fəaliyyət göstərən barda da istirahət etmək və əylənmək mümkündür. Axşamlar barda canlı musiqilər olur. Qonaqlar gitara alətində canlı ifa dinləyə bilərlər.  

 

- Bura həm də sağlamlıq mərkəzidir. Bunun üçün hansı imkanlar var?

- Kompleksdə fitnes klub, pankration və pilates zalı var. Bu zallarda məşğələlər üçün bütün şərait mövcuddur. Geniş zal, güzgülər, idman ağırlıq daşları, idman xalçaları, toplar və digər yüksək keyfiyyətli avadanlıqlar və s. Müştərilərimiz peşəkar trenajorlar vasitəsi ilə öz bədən quruluşunu təkmilləşdirmək imkanı qazanır. Trenajor zallarında həm müstəqil, həm də yüksək ixtisaslı təlimatçının rəhbərliyi ilə məşğul olmaq mümkündür. Zalda temperatur qışda 24 dərəcə, yayda isə 22 dərəcə C təşkil edir.

 

- Hoteldə hovuz var?

- Əlbəttə, kompleksdə uzunluğu 16 metr və eni 6 metr olan hovuz da var. Hovuzda suyun temperaturu, yayda 26 - 28 dərəcə C, qışda isə, 28 - 30 dərəcə C - yə bərabər olur. Su gün ərzində güclü bakterisid qurğulardan keçir, filtrlərdə zərərsizləşdirilərək təmizlənir. Ayrı - ayrı vaxtlarda, xanımlar, bəylər və uşaqlar üçün təklif olunan hovuz, quru sauna, buxar otağı, türk hamamı və müxtəlif massaj növləri kimi xidmətlər təklif edilir. Qışda saunanın temperaturu 90-100 dərəcə, yayda isə 70-90 dərəcə olur. Qonaqlar burada pillinq, kofe skrabı, həmçinin balla, sabunla masaj xidmətlərindən də istifadə edə bilərlər.

 

- Müştərilərə hansı masaj növləri təqdim edilir? Bu posedurların qiymətləri neçəyədir? 

- İstirahət Sağlamlıq Mərkəzində mövcud olan klassik masaj, idman masajı, stressə qarşı masaj, banka masajı, estetik masaj, ümumi masaj, müalicəvi masaj, balla masaj, kofe skrabı, şərq masajı, uşaq masajı təqdim edilir. Massajların qoymətləri növlərinə görə dəyişir. Məsələn, şərq massajı 40, balla masaj 30, şokoladla masaj 25, klassik və köpük massajı 20, müalicəvi (estetik) massaj 15 manatdır.

Masajlardan başqa burada qadınlar üçün mezoterapiya boteks, miostimulyasiya, ziyil papillomalarının yandırılması, dərinin təmizlənməsi və pillinq xidməti, darsanval, üzə - bədənə qulluq, parofin terapiya, aroma terapiya kimi aparat kosmetoloqiyası, eləcədə saçlara qulluq, saçların kəsilməsi, saçların rənglənməsi, manikür, pedikür kimi xidmətlər də göstərilir.  Masaj xidmətindən istifadə edən müştərilərimizə, üz - palçıq - mamır maskası pulsuzdur.

 

- Səbuhi bəy, rayon əhalisi üçün SPA mərkəzi, sauna və fitnessdən istifadə yenilik sayılır. Yerli əhalinin buraya marağı hansı səviyyədədir?

- Onu deyim ki, bu mərkəz açılanadək Şəkidə sauna, fitnes, hovuzla bağlı anlayışlar aşağı səviyyədə idi. Bu mərkəz fəaliyyətə başlayandan sonra insanlar bu xidmətlər haqqında geniş məlumat əldə etdilər. Artıq yerli xanımlar rahat şəkildə gələrək mərkəzə abunə olur və xidmətlərdən yararlanır. Yayda 150-yə yaxın qadın abunəçimiz olur. Bir şey deyim ki, Şəki əhalisinin böyük əksəriyyəti üzməyi bacarmır. Amma müştərilərimizin çoxu artıq üzməyi öyrənib və daha da təkmilləşdirir. Yay aylarında üzmə hovuzu üçün 280 nəfər uşaq abunəçimiz olur. Buraya 6 yaşdan 14 yaşadək uşaqlar götürülür.

 

- Abunəçilik üçün aylıq qiymətlər neçəyədir?

- Aylıq abunəçilik uşaqlar üçün 30, böyüklər üçün 60 manatdır. Buraya həftədə 3 dəfə giriş mümkündür. Bu qiymətə fitness, trenajor, quru sauna, türk hamamı, hovuz xidmətlərindən istifadə daxildir.

 

 

OXŞAR XƏBƏRLƏR