Beynəlxalq iqtisadi forumun hazırladığı siyahıya görə turistlər üçün ən təhlükəsiz ölkələrin adları məlum olub. Seyyah.az xəbər verir ki, ekspertlərin gəldiyi nəticəyə görə bu ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya və İslandiyadır.
Adları çəkilən ölkələrin ən təhlükəsiz olması onların bəzi krietriyalara cavab verməsi olub. Belə ki, kriteriyalara polisin işləmə səviyyəsi, ölkədə baş verən terror və digər kriminal hadisələrin sayı, xərclər və s. məsələlər daxildir.
Sıralamada 137 ölkənin adı yer alıb. TOP-10 da həmçinin Oman, Honkonq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qatarın adları var. Siyahıda ən sonuncu pillələri isə Burundi, Çad və Yəmən tutur.
Ekspertlər həmçinin onu da qeyd ediblər ki, sıralamada Avropa ölkələri bir qədər geriləyiblər. Bu Avropa ölkələri arasında İspaniya və İtaliyanın da adları yer alıb. Həmçinin ən pis polis adını da Fransa polisləri qazanıb.