Azərbaycandan xarici turlar bahalaşdı

Xəbərlər 29 Iyun 2017 00:00 773
Azərbaycandan xarici turlar bahalaşdı

Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.

Seyyah.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Rəsmi statistikaya əsasən, cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkədaxili turların qiymətləri 296,71 manat təşkil edib.  

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR