Fransada qeyd edilən Musiqi Bayramı yenidən Bakıda keçiriləcək. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, professional musiqiçiləri və musiqisevərləri bir araya gətirən tədbir təmənnasız olaraq hər kəs üçün, bütün musiqi janrlarına açıqdır.
Qeyd edək ki, Musiqi Bayramı artıq 30 ildir ki, dünyanın müxtəlif ölkələrində keçirilir. Musiqi tədbirləri iyulun 1-də Azərbaycandakı Fransa Universiteti, Fransanın Azərbaycandakı səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Hard Rock Cafe" və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçiriləcək.
Tədbirin proqramı:
16:00 - YARAT Müasir İncəsənət Mərkəzi
Vəfa Qədirova (səs), Taleh Qəhrəmanov (gitara), Aydan Yusupzadə (piano);
Les Gamins.
18:00 - Paris Bistro
Əli İbrahimzadə;
Albina;
Ahmedowsky trio;
Milan Məmmədov.
20:00 - İçərişəhər, YAY Qalereyasının qarşısı
Les Gardiens du Silence;
Todo Band.
22:00 - Hard Rock Cafe
Radio & Video band.