Bakı-İstanbul sərnişin avtobusu - QƏZAYA DÜŞDÜ

Xəbərlər 29 Iyun 2017 00:00 1006
Bakı-İstanbul sərnişin avtobusu - QƏZAYA DÜŞDÜ

Bakı-İstanbul sərnişin avtobusu Yevlax rayonunda yük maşını ilə toqquşub.

Seyyah.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: report.az

OXŞAR XƏBƏRLƏR