Xarici turlar niyə bahalaşıb? - AÇIQLAMA

Xəbərlər 30 Iyun 2017 00:00 728
Xarici turlar niyə bahalaşıb? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi ötən illə müqayisədə xarici turların qiyməti 4.5 faiz bahalaşdığını bəyan edib. Məlumatda deyilir ki, turların qiymətləri 2017-ci ilin yanvarda 0,1% artıb. Fevral ayında isə  2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb.

Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Turizm.fins.az xarici turların qiymət artımının səbəblərini öyrənməyə çalışıb. Turizm şirkətinin xarici əlaqələr üzrə meneceri Ülfanə Mahmudovanın verdiyi məlumata görə qiymət artımına bir neçə amil təsir edib.

Əsas səbəblərdən biri mövsüm amili ilə əlaqədardır. Belə ki, yay fəslinin başlaması xaricə üz tutanların sayının artmasına da təsir edib. Biletlərin sürətli satıldığını görən aviaşirkətlər qiymətləri artırırlar.

Ü.Mahmudova qeyd edib ki, son 3 ildə aviabiletlər nəzərə çarpacaq dərəcədə bahalaşıb. Həmçinin, manatın devalvasiyası və avronun bahalaşması da qiymətlərə təsir edib.

Məsələn, ötən ilin yay aylarında  Dubaya aviabilet 200 manatdan başlayırdı. Bu il isə bu rəqəmlər 300-400 manata yüksəlib. Bundan əlavə, 2016-cı ildə  yayda İstanbula aviabilet  sifarişi 320 manat təşkil edirdisə,  eyni biletin qiyməti indi 380 manatdan başlayır.

Avropanın ucuz uçuşlar təşkil edən  aviaşirkəti  WizzAir də qiymətləri kəskin artırıb. Məsələn, ötən ilin eyni dövründə ən bahalı bileti 150 avroya aldıq olardısa, indi həmin bilet 2 dəfə bahalaşaraq 300 avro olub.  

Ülfana Mahmudova bildirib ki, bununla belə avia bilətlərin bahalaşması xaricə səfər edənlərin sayına təsir etməyib.

OXŞAR XƏBƏRLƏR