Mənbə:http://www.buro247.az/lifestyle/news/toya-haz-rla-an-c-tl-kl-r-fairmont-baku-siz-s-sl-n.html
Mayın 30-31-də “Flame Towers” kompleksindəki “Fairmont Baku” otelində “Flame Towers Toy Festivalı” olacaq. Seyyah.az-ın Buro 24/7-yə istinadən verdiyi məlumata görə, Grand Ballroom-da baş tutacaq tədbirdə ən yaxşı beynəlxalq və yerli moda evlərinin hazırladığı son gəlinlik, həmçinin ziyafət geyimlərinin moda şousu keçiriləcək.
Qonaqların saç və make-up sessiyalarında iştirak etmək, fotoqraf, videoqraf, florist, xına ustaları, üzük dizaynerlərinə qədər toy peşəkarları ilə görüşmək, hətta toy günü menyusunu yoxlamaq imkanı var. Yeni evlənmiş cütlüklər lüks brendlərdən hədiyyələr almaq üçün qeydiyyatdan keçə və bal ayını planlaşdıra bilərlər. Planlaşdırma və alış-verişdən sonra cütlüklər performansdan zövq ala və populyar DJ-lərin ifasına qulaq asa biləcəklər.