İran Fars körfəzində yerləşən Hendurabi adasını ( Sülh adası) turistik şəhərə çevirəcək. Seyyah.az-ın əldə etdiyi məlumata görə, layihə bir neçə il bundan öncə hazırlanmışdı, lakin ekolojı məsələlərə görə dayandırılmışdı.
Buna səbəb Hendurabi adasının sahilində bitən böyük mərcan massivləridir. Ətraf Mühitin Mühafizəsi Departamenti mərcanların turist axınından zərər çəkəcəyindən ehtiyyat edirdi.
Layihəni qəbul etmək üçün 60 min mərcan xüsusi mərcan fermasına köçürüldü. Bu köçürmə İrana 320 min dollara başa gəldi.
Qeyd edək ki, mərcanlar 5 il ərzində daimi nəzarət altında qalacaq.
Mənbə: fins.az