Gəncədən Mineralnıye Vodıya uça biləcəyik- gediş-gəliş 257 manat

İyunun 22-dən başlayaraq uçuşlar müasir və komfortlu “Embraer” tipli hava gəmiləri ilə həyata keçiriləcək
Xəbərlər 21 May 2014 00:00 1682
Gəncədən Mineralnıye Vodıya uça biləcəyik- gediş-gəliş 257 manat
 “Azərbaycan Hava Yolları” (AZAL) QSC Gəncə-Mineralnıye Vodı-Gəncə istiqamətində müntəzəm aviauçuşların yerinə yetirilməsinə başlayır. Seyyah.az-ın APA- ya istinadən verdiyi xəbərə görə, iyunun 22-dən başlayaraq uçuşlar müasir və komfortlu “Embraer” tipli hava gəmiləri ilə həyata keçiriləcək. 

 

Gəncədən uçuş saat 16:20-də, Mineralnıye Vodıda eniş isə saat 16:30-da, o cümlədən Mineralnıye Vodıdan uçuş saat 17:30-da, Gəncədə eniş saat 19.35-də yerinə yetiriləcək.

 

Heydər Əliyev Hava Limanından bildirilib ki, uçuşlar həftədə bir dəfə bazar günü yerinə yetiriləcək. Gəncə-Mineralnıye Vodı-Gəncə istiqamətində gediş-gəliş qiyməti 257 manat təşkil edir. 

OXŞAR XƏBƏRLƏR