VII İstanbul Shopping Festivalı (İSF) öz işinə başlayıb.
Seyyah.az xəbər verir ki, iyulun 1-dən 16-dək davam edəcək sayca səkkizinci festival "Design İSF" adı altında fəaliyyət göstərir.
İSF-nin açılış mərasimi dünyanın ilk ticarət mərkəzi olan 556 yaşlı “Qapalıçarşı”da baş tutub. Dövlət rəsmilərinin iştirak etdiyi mərasim maraqlı səhnələrlə yadda qalıb.
"Design İSF" adlı satış məntəqələri festival müddətində 9 ticarət mərkəzində və “Qapalıçarşı”nın bir sıra hissələrində fəaliyyət göstərəcək.
Qeyd edək ki, açılış mərasiminə 13 ölkədən, o cümlədən Azərbaycan, Fransa, İtaliya, Rusiya, Çin, Sinqapur, Ukraynadan 40-dan çox mətbuat nümayəndəsi qatılıb.
Mənbə: Azertag.com