Ramazan bayramı ərəfəsində Dubay əmirliyinin “Flydubai” aviadaşıyıcısı Qəbələyə uçuşlarına start verdi. Seyyah.az xəbər verir ki, səyahət həvəskarlarını Azərbaycanın ən gözəl guşələrindən birinə getməyə dəvət edən aviaşirkət bu məlumatı öz saytında yerləşdirib.
Reyslər Dubaydan həftədə 2 dəfə olmaqla iyunun 29-dan sentyabrın 17-dək həyata keçiriləcək. Dubay-Qəbələ-Dubay istiqaməti üzrə “ekonom klass” biletin qiyməti təxminən 300 dollar, “biznes-klass” biletin qiyməti təxminən 1 250 dollardan başlayır.
Qeyd edək ki, Qəbələ “Flydubai” aviaşirkətinin Azərbaycanda ikinci marşrutudur. Şirkət, həmçinin yay mövsümündə Batumiyə (Gürcüstan) və Tivata (Monteneqro) uçuşlar elan edib.