Bakıdan Moskvaya uçuşların sayı artırıldı

Xəbərlər 21 May 2014 00:00 1086
Bakıdan Moskvaya uçuşların sayı artırıldı
"Azərbaycan Hava Yolları” (AZAL) QSC müntəzəm beynəxalq uçuşlar şəbəkəsini genişləndirir. Seyyah.az-ın AZAL-ın saytına istinadən məlumatına görə, şirkət Bakı-Moskva və Moskva-Bakı istiqamətindəki uçuşların sayını artırır.

 

Mayın 20-dən başlayaraq AZAL həftədə iki dəfə (çərşənbə və şənbə günləri) Kazan, Nijni Novqorod (çərşənbə və şənbə günləri), Perm (çərşənbə axşamı və cümə günləri) və Rostov-Don (çərşənbə axşamı və cümə günləri) istiqamətində uçuşlar yerinə yetirəcək.

 

Qeyd edək ki, mayın 20-dən başlayaraq Bakı-Moskva-Bakı istiqamətində gündəlik uçuşları sayı 4-ə çatdırılır.

 

Bakıdan Moskvaya uçuş saat 06:40, 10:40, 15:15 və 20:00-da yerinə yetiriləcək. Moskvadan Bakıya uçuş isə saat  09:50, 14:40, 19:00 və 23:35-də həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR