Sabah dənizə getmək olacaq? - AÇIQLAMA

Xəbərlər 3 Iyul 2017 18:51 573
Sabah dənizə getmək olacaq? - AÇIQLAMA

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 22-27, gündüz 34-39, Bakıda gecə  23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75,  gündüz 35-45 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25, Türkan, Hövsan, Sahil, Şıxda  25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

İyulun 04-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz  28-33 dərəcə isti olacağı gözlənilir.  

OXŞAR XƏBƏRLƏR