Rostov-Bakı aviareysi bərpa olunur

Xəbərlər 3 Iyul 2017 19:50 536
Rostov-Bakı aviareysi bərpa olunur

Rusiyanın "Pobeda" aviaşirkəti cari ilin sentyabr ayından etibarən Rostov şəhərindən Azərbaycan və Gürcüstana aviareysləri bərpa edəcək.

 

Şirkət Rostov-Tbilisi və Rostov-Bakı aviareysləri üzrə müvafiq olaraq sentyabrın 25-dən və 26-dan etibarən uçuşlar yerinə yetirəcək.

 

Qeyd edək ki, yay mövsümündə başqa istiqamətlərə təlabat artdığından hər iki şəhərə uçuşlar müvəqqəti dayandırılıb.

 

Aviaşirkət Tbilisiyə həftədə 4 dəfə (bazar ertəsi, çərşənbə, cümə və bazar), Bakıya isə 3 dəfə (çərşənbə axşamı, cümə axşamı və şənbə) uçacaq.

Artıq biletlər satışa çıxarılıb.

 

Xatırladaq ki, "Pobeda" 2016-cı ildən etibarən Bakı və Tbilisi istiqamətində uçuşlara start verib.

OXŞAR XƏBƏRLƏR