Təyyarələrdə noutbuk qadağası ləğv olundu - YENİ QƏRAR

Xəbərlər 5 Iyul 2017 00:49 559
Təyyarələrdə noutbuk qadağası ləğv olundu - YENİ QƏRAR

Məlum olduğu kimi, ABŞ mart ayından etibarən Türkiyə daxil olmaqla, Orta Şərq və Afrikanın müəyyən ölkələrindən gələn uçuşlara noutbuk qadağası tətbiq edib. Seyyah.az xəbər veir ki, ABŞ bu qadağanı ləğv etməyə başlayıb.

"Türk Hava Yolları"nın (THY)  icraçı direktoru (CEO) Bilal Ekşinin Twitter hesabından paylaşdığı məlumata görə, THY qadağanın iyulun 5-dən etibarən qüvvədən düşəcəyini təxmin edir.
Qeyd edək ki, bu gözləntiləri  ABŞ-ın  bir müddət öncə tətbiq etdiyi yeni tədbirlər də təsdiqləyir. Belə ki, yeni təhlükəsizlik tədbirlərinə görə, noutbuk və digər elektron cihazları da təyarədə daşımaq olacaq. Bildirilir ki, bu cihazlar uçuşdan əvvəl xüsusi nəzarətə alınacaq. Avadanlıqların partlama riski ciddi yoxlanılacaq.  

OXŞAR XƏBƏRLƏR