Beynəlxalq turizm təşkilatı UNWTO ən sürətlə inkişafda olan turistik istiqamətlərin siyahısnı hazırlayıb. Araşdırmalara görə, siyahının ilk pilləsində Afrikada yerləşən Sierra-Leone qərarlaşıb.
Seyyah.az xəbər verir ki, 2015-ci ildə bu ölkəyə 24 min turist səfər edib. 2016-cı ildə artım 310 % olub. Belə ki, ötən il bu ölkəyə 74.400 turist gəlib. Turistləri bu ölkəyə çimərliklər və qeyri-adi kəndlər cəlb edir.
Sıralamada ikinci pillədə isə Nepal yer alıb. Bu ölkəyə gələn qonaqların sayı isə 39,7% artıb. Nepala turistləri dağlar, Tibet məbədləri cəlb edib.
Liderlərin üçlüyünü isə İslandiya tamamlayır. 2015-ci illə müqayisədə 2016-cı ildə İslandiyaya səfər edənlərin sayı 39 % daha çox olub. İslandiyada isə daha çox geotermal istirahət mərkəzləri turistlərin diqqətini çəkib.
Məşhur turizm istiqamətləri arasında Cənubi Koreya, Moldova, Çili, Vyetnam, Yaponiya, Lixtenşteyn və Kiribatinin adları yer alıb.
UNWTO həmçinin turistlərin maraqlarının azaldığı ölkələrin də adlarını açıqlayıb. Bu ölkələr arasında liderliyi Misir qazanıb.