Hoteldə su altında istirahət

Xəbərlər 5 Iyul 2017 01:02 540
Hoteldə su altında istirahət

Zənzibar arxipelaqında, Pemba adası sahilləri yaxınlığındakı sularda quraşdırılan kiçik ev turistlərin sevimli istirahət yerinə çevrilib. Seyyah.az AZƏRTAC-a istinadən qeyri-adi hotel haqqında məlumatı təqdim edir.
Bu orijinal ev qeyri-standart yanaşmaları ilə seçilən İsveçin “Gemberg” şirkətinin layihəsi əsasında hazırlanıb.
Turistləri əsas cəlb edən evin sualtı otağıdır. Evin yuxarı hissəsində qonaq və vanna otaqları, eləcə də mətbəx yerləşdirilib.
Otelin yataq otağı isə “su altında” qalıb. Burada eksklüziv istirahət heç də ucuz başa gəlmir. Belə ki, 2 sutkalıq sualtı istirahət 2000 dollaradır. 

OXŞAR XƏBƏRLƏR