“DəmirBank” səyahətə gedənlər üçün “Səyahət krediti” adlı yeni güzəştli kredit aksiyasına başlayıb. Bankdan verilən məlumata görə, mayın 19-dan başlanan aksiya 22 avqust 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə, turizm şirkətlərində səyahət paketi alanlara 500-6000 manat məbləğində kredit veriləcək. Kreditlər 3-12 aylıq müddətə, illik 25% (FİFD29%-31%) dərəcə ilə təqdim olunur. Bankın məlumatına görə, "Səyahət krediti" dövlət təşkilatları və ya sabit maliyyə durumu olan özəl müəssisədə çalışanlara, eləcə də sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilir. Kredit götürmək üçün müraciət edən şəxsin azı 6 ay iş stajı olmalı, sahibkarın iş müdəti isə 12 ay təşkil etməlidir.
Kredit 18-60 yaşlarında olanlara verilir, kreditin məbləği 2000 AZN-dən çox olduqda, 3-cü şəxsin zaminliyi tələb olunur. "Səyahət krediti" almaq üçün tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi, ərizəçinin iş yerindən arayış, ərizəçinin başqa gəlir mənbələrini təsdiq edən sənədlər, turizm şirkəti tərəfindən təqdim olunan qaimə-arayış, ərizəçinin xarici pasportu aiddir. Sahibkarlıqla məşğul olan müştərilər isə VÖEN və vergi bəyannaməsi təqdim etməlidirlər.
Bundan başqa, aksiya çərçivəsində müştərilərə pulsuz “Visa Classic” kartı, 3000 manatdan yuxarı kredit götürənlərə isə məbləğin 30%-i qismində kredit xətti veriləcək. “RV Travel”, “AIT Travel”, “BY Travel”, “Veklemtour” və “OK Tours” agentliklərindən səyahət paketi alanlara illik faiz dərəcəsində güzəştlər təqdim ediləcək. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər. Bu şərtlər Yalnız Bankən əməkdaşlıq etdiyi Turizm Agentliklərindən alınan səyahət paketlərinə şamil olunur. Digər şirkətlərdən alınnan səyahət paketləri 27%-lə kreditləşəcək