Avropada istirahət üçün ən ucuz 18 yer – ŞƏHƏRLƏR, QİYMƏTLƏR

Xəbərlər 5 Iyul 2017 09:25 2046
Avropada istirahət üçün ən ucuz 18 yer – ŞƏHƏRLƏR, QİYMƏTLƏR

«Mastercard»Avropala ən məşhur, amma ən əlçatan, aşağı qiymətə istirahət mümkün olan yerlərin siyahısını tərtib edib. 44 göstəriciyə əsasən tərtib edilən siyahının hazırlanmasında yerli bloggerlərin, ekspertlərin fikirlərindən, eləcə də «Mastercard»ın müştərilərinin məlumatlarından istifadə edilib. Yerlər gözəlliyinə, turistlərin bolluğuna, qiymətinə,, rahatlığına və əlbəttə ki, plastik kartların istifadəsinə görə seçilib. Seyyah.az həmin yerləri təqdim edir.

 

18. Brest, Belarus

Uzun illərdir ki, Brest şəhəri sovet qoşunlarının 2-ci Dünya Müharibəsindəki qəhrəmanlıq simvollarından biridir. Eyni zamanda şəhər müxtəlif ölkələrin və xalqların hissəsi və mədəni mərkəzi olub. 19-cu ərdə tikilmiş Brest qalası isə Belarusun ən tanınmış yerlərindəndir. 

Brestdə restoranda birnəfərlik yemək orta hesabla 14 avro təşkil edir. Burada 3 ulduzlu oteldə iki nəfərlik nömrədə bir nəfərin qalması isə 18 avroya başa gəlir.

 

17. Şəki, Azərbaycan.

Siyahıya azərbaycanlıların diqqətini çəkən əsas cəhət burada Şəkinin də olmasıdır. Əslində bu təbiidir - «Mastercard»ın hesabatında deyilir ki, zəngin mədəniyyət və mətbəxə malik olan Azərbaycanın turistlər arasında sürətlə populyarlaşır. Şəki şəhəri isə islat memarlığı və mozaik lövhələrlə zəngindir. Hesabata görə, Şəkidə orta səviyyəli restoranda bir nəfərlik yemək 15 avroya, 3 ulduz oteldə və ya pansionda gecələmək isə adambaşına 15 avroya başa gələcək.

 

16. Qirokaster, Albaniya.

YUNESKO-nun Albaniyadakı 3 obyektindən biri, Qirokaster Drino çayı və Qyer dağları arasındakı vadidə yerləşir. Bu şəhər yunan və osmanlı memarlığının unikal qarışığına görə, Daş Şəhər adı ilə də məşhurdur. Burada orta səviyyəli restoranda bir nəfərlik yemək təqröən 8 avroya, 3 ulduz hoteldə iki nəfərlik otaqda bir nəfərin qalması isə 20 avroya başa gələcək.

 

15. Balaton gölü, Macarıstan

Yerli sakinlər Balaton gölünü «macar dənizi» adlandırırlar, çünki bura Mərkəzi Avropanın ən böyük şirinsulu gölüdür. Göl özündə təbbi gözəlliyini, ətrafdakı qədim evliri olan kəndlərin rahatlığını, eləcə də restoran və qonaq evlərini birləşdirir. Balatonda bir nəfərin orta səviyyəli restoranda yemək yeməsi 13 avroya, 3 ulduz hoteldə iki nəfərlik nomrədə bir nəfərin qalması 20 avroya başa gələcək.

 

14. Dunayın deltası, Rumıniya

Dunay – uzunluğuna görə Avropanın ikinci ən böyük çayıdır. Bu ərazidə 1200 növ bitki, 320 növ heyvan və quş, 45 növ balıq dolaşır.  Burada orta səviyyəli restoranda bir nəfərin nahar etməsi 10 avrodan bir qədər baha başa gəlir. 3 ulduz hoteldə və ya pansionda ikinəfərlik otaqda bir nəfərin qalması 15 avrodur.

 

13. Kolka burnu, Latviya

Turist kütləsi tərəfindən hələ toxunulmamış Kolka burnu inanılmaz dərəcədə gözəldir. Bir-biri ilə birləşən iki dəniz suların qeyri-adi rənglərə çalması ilə gözəldir. Burada bir nəfərin orta səviyyəli restoranda naharı 14 avroya, 3 ulduz hoteldə iki nəfərlik nömrədə bir nəfərin qalması isə 20 avroya başa gəlir.

 

Eləcə də bax: Səyahət etmək üçün ən ucuz ölkələr – GECƏSİ 3 AVRO

12. Naarden, Hollandiya

Amsterdamdan 30 dəqiqəlik məsafədə yerləşən Naarden şəhəri ulduz formasındadır. Bura 16-cı əsrin qalası formasındadır və Avropad yeganə şəhərdir ki, ikiqat divarlar və xəndəklərlə müdafiə olunur. Burada bir nəfərin orta səviyyəli restorandla yemək yeməsi 30 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 60 avroya başa gələcək.

 

11. Kasubı, Polşa

Kasubı, Polşanın şimalında, Qdansk yaxınlığındakı gözəl bir yerdir. Bura məşhur da abidələri ilə tanınır. Kasubıda bir nəfərin orta səviyyəli restorandla yemək yeməsi 12 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 20 avroya başa gələcək.

 

10. Velika Planina, Sloveniya.

Alp dağlarındakı Velika-Planina şəhəri Lyublyanadan cəmi 1 saatlıq məsafədədir. Şəhərin gerbində Avropanın ən qədim mal-qara saxlayanlarının şəkilləri əks olunub. Burada orta səviyyəli restorandla yemək yeməsi 15 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 40 avroya başa gələcək.

 

9. Volos və Pelion, Yunanıstan

Hər il Yunanıstana gələn milyonlarla turistin bu yerən xəbəri yoxdur. Fessaliyada, Paqass körfəzində yerləşən Volos şəhəri Afina və Solonikini birləşdirən yolun mərkəzindədir. Pelion vilayəti isə bir tərəfdən gözəl çimərliklərlə, digər tərəfdən isə Pelion dağı ilə sərhəddir. Bu region həm qış, həm də yay aylarında eyni dərəcədə gözəldir. Burada orta səviyyəli restorandla yemək yeməsi 15 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 25 avroya başa gələcək.

 

8. Saaremaa adası, Estoniyə

Saaremaa – Estoniyanın ən böyük adasıdır. Bu ada ən çox külək dəyirmanları və ev pivəsi ilə məşhurdur. Burada bir nəfərin orta səviyyəli restorandla yemək yeməsi 18 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 23 avroya başa gələcək.

 

7. Paq adası, Xorvatiya.

Paq adası Ayabənzər landşaftı, Paq pendiri və krujevası ilə məşhurdur. Adada çınqıllı və qumlu çimərliklər var. Burada bir nəfərin orta səviyyəli restorandla yemək yeməsi 13 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 30 avroya başa gələcək.

 

6. Lednitsa-Valtitsa, Çexiya

Lednitsa-Valtitsa regionu Avropanın ən böyük süni yaradılmış coğrafi rayonudur. Lednitsa qəsri saray və qotik fort bu ərazinin əsas turistik məkanları sayılır. Burada bir nəfərin orta səviyyəli restorandla yemək yeməsi 10 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 20 avroya başa gələcək.

 

5. Perast, Monteneqro.

Monteneqronun Kotorin körfəzindəki gözəl sahil şəhəri Perast, hələ ki turistlər tərəfindən «kəşf» edilməyib. Kiçik şəhər Venetsiyaya bənzər memarlığı ilə tanınır və 17 kilsəyə ev sahibliyi edir. Burada bir nəfərin orta səviyyəli restorandla yemək yeməsi 15 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması 15 avroya başa gələcək.

 

4. Azor adaları, Portuqaliya

Vulkan nəticəsində yaranmış Azor adaları və ya arxipelaqı Prtuqaliyanın iki muxtar ərazilərindən biridir. Burada valehedici mənzərələr, vulkanlar, göllər, balıqçı kəndləri və şəlalələr var. Burada orta səviyyəli restorandla yemək yeməsi 15 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 25 avroya başa gələcək.

 

3. Zalskammerqut regionu, Avstriya

«Avstriyanın mirvarisi» adını almış Hallstatt gölü, Zalskammerqut regionunun düz mərkəzində yerləşir. Bura dəmiryolu gəlir, hansı ki, Halştadı duz şaxtası ilə birləşdirir. Burada orta səviyyəli restorandla yemək yeməsi 25 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 35 avroya başa gələcək.

 

2. Mdina və Zebbuq, Malta

Malta orta əsrlərdən qalma irsi ilə məşhurdur. Mdina barokko stilindəki tikililəri və böyük sarayları ilə seçilir. Zebbuq şəhəri isə ərəb memarlığının təsiri olan tikililəri ilə tanınır. Ən əsası,  burada 3 günə qədər davam edə bilən bayramlar – «festivallar» keçirilir. Burada orta səviyyəli restorandla yemək yeməsi 25 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması 25 avroya başa gələcək.

 

1. Asturiya Covadonga monastrı, İspaniya.

Mastercard İspaniyanın şimalındakı Asturiya regionunu Avropanın ən gözəl gizli xəzinəsi adlandırıb. Region digər xüsusiyyətləri ilə yanaşı, Covadonga monastrı ilə məşhurdur.  Gözəl Biskaya körfəzinin yaxınlığında yerləşən region kristal kimi təmiz suları, mətbəxi və piyada turizmi ilə məşhurdur. Covadonga monastrı isə ümumiyyətlə, İspaniyanın ən mühüm tarixi məkanlarından biridir.

Burada orta səviyyəli restorandla yemək yeməsi 18 avroya, 3 ulduz otaqda ikinəfərlik nömrədə bir nəfərin qalması isə 25 avroya başa gələcək.

  

OXŞAR XƏBƏRLƏR