Havanın isti keçməsi həftəsonlarını fərqli məkanda xoş keçirmək üçün əla fürsət yaradır. Belə ki, bir çox turizm şirkətləri həmişə olduğu kimi şənbə və bazar günləri bölgələrə bir və iki günlük turlar təşkil edirlər. Seyyah.az ənənəvi olaraq təşkil olunacaq turlar haqqında məlumatı təqdim edir.
Turizm şirkətləri həm şənbə həm də bazar günü bir neçə rayona tur təşkil edir. Turlar aşağıdakılardır:
08 iyul- Quba turu – 20 manat
08 iyul- İsmayıllı - Lahıc turu - 22 manat
09 iyul - Şəki - Qəbələ turu - 23 manat
09 iyul - Oğuz - Xalxal - Qəbələ turu - 23 manat
09 iyul - Qəbələ Turu - 22 manat
09 iyul - Quba turu - 20 manat
09 iyul - İsmayıllı - Lahıc turu - 22 manat
09 iyul - Masalli -Yardimli turu - 23 manat
09 iyul - 3 rayon 3 şəlalə turu - 28 manat
09 iyul - Ziyarətgah turu - 13 manat
09 iyul - Quba - Qusar - Ləzə - 23 manat
Qeyd edək ki, tur qiymətlərinə nəqliyyat, səhər yeməyi, çay süfrəsi daxildir. Turun toplanış yeri N. Nərimanov metrosunun qarşısında səhər 06:30-da baş tutacaq.
Way travel iyulun 8-də Qubaya bir günlük tur təşkil edir. Turun qiyməti 20 manatdır. Tura 06:30-da 28 Mall-un qabağında toplaşmaqla başlanılacaq. Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, bələdçi xidməti və fotosessiya daxildir.
İki günlük turlar
Qəbələ-Şamaxı-Sakitgöl turu
Tur iyulun 8-9-da baş tutacaq. Səfərin müddəti 1 gecə 2 gündür. Tura nəqliyyat ilə transfer 5 ulduzlu Şirvan hoteldə gecələmə 4 dəfə qidalanma (1-ci gün səhər və şam,2-ci gün səhər yeməyi,nahar yemeyi və şirniyyatla çay süfrəsi) daxildir. Bundan başqa tur rəhbər fotosessiya və ekskursiyalar da turun proqramına daxildir.
Ekskursiyalar isə Qəbələnd əyləncə mərkəzi,Qəbələ Nohurgöl, Şamaxı Astrofizika Rəsədxanası (Hava şəraitindən asılı olaraq gediləcək),Sakit Göl ərazisində gəzinti və balıq tutmaq daxildir. Tur iştirakçıları mehmanxanada olduqları zaman isə fitness,hovuz,kinoklub (11 nəfərlik), karaoke, diskoteka, futbol və voleybol meydançasından yararlana bilərlər.
Turun qiyməti 79 manatdır.
Məlumat üçün bildirək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub. Sakit göl ərazisində balıq tutmaq üçün lazım olan tilovlar qiymətə daxil deyil. Muzeylərə giriş üçün əlavə ödəniş etmək lazımdır. 5 yaşa qədər 1 uşaq turda pulsuz iştirak edə bilər. Şəkillər turdan 3 gün sonra DVD diskdə pulsuz verilir.
Nabran turu
Yes travel həftəsonu Nabrana iki günlük tur təşkil edir. İyulun 8-9 olacaq və 1 gecə 2 gün davam edəcək. Turun qiyməti 68 manatdır. Qiymətə nəqliyyat ilə transfer tur rəhbər fotosessiya 4 dəfə qidalanma ( 2 səhər, 1 nahar, 1 şam yeməyi) daxildir. Bundan başqa diskoteka, hovuz, mafiya zalı, bilyard, tennis və karaokidən yararlanmaq olar. Tur Nabranda Malibu istirahət məkanında baş tutacaq.
Gürcüstan turu
Ölkədaxili turlarla kifayətlənməyənlər və ya uzaq səfərdən çəkinməyənlər həftəsonunu iki gün ərzində Gürcüstana səfər etməklə də keçirə bilərlər. AFN travel səyahət sevənlər üçün iyulun 8-9-da tur təşkil edəcək. Turun qiyməti 109 manatdır.
Səfər zamanı Tiflis -Mcxeta-Qori-Borjomi şəhərlərinə baş çəkiləcək. Bundan başqa tur iştirakçıları Tiflis şəhərində şoping etmək şansı da qazanacaqlar. Tur zamanı iştirakçılar 3 ulduzlu hoteldə gecələyəcək və iki dəfə pulsuz səhər yeməyi ilə təmin olunacaqlar.