AZAL Antalyaya daha iri təyyarələr göndərəcək

Xəbərlər 6 Iyul 2017 20:01 155
AZAL Antalyaya daha iri təyyarələr göndərəcək

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Türkiyənin Antalya, Milas və Dalaman istiqamətlərində aviareysləri yerinə yetirən təyyarələri imkan daxilində daha çox sərnişin tutumu olan təyyarələrlə əvəz etmək imkanlarına baxacaq”.

Seyyah.az  "Reporta"a istinadən xəbər verir ki, açıqlamada deyilir ki, Azərbaycan tərəfinin sifarişi ilə xarici aviaşirkət Antalyaya həftədə 2 dəfə çarter reysi yerinə yetirir: “Antalyaya aviareyslər gündə minimum 3, maksimum 4 dəfə olmaqla hər gün yerinə yetirilir. Bodruma reyslər gündə bir dəfə olmaqla hər gün, Dalamana isə həftədə 2 dəfə həyata keçirilir”.

Qeyd edək ki, ölkədə olan bəzi turfirmalar qarşıdakı iki ay üçün "AZALJET" biletlərinin tamamilə satıldığını açıqlayıb. 

OXŞAR XƏBƏRLƏR