Bakı polisi: Fahişələrə “Tarqovı”da dayanma” deyə bilmərik – FOTO

Xəbərlər 7 Iyul 2017 00:28 280
Bakı polisi: Fahişələrə “Tarqovı”da dayanma” deyə bilmərik – FOTO

Son illər ərəb turistlərin ölkəmizə axını qədim peşə sahiblərinin biznesini canlandırıb.

Seyyah.az-ın məlumatına görə, bu məsələ ötən həftədən bəri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bakı bulvarından sonra turistlərin ən çox üz tutduğu “Torqovı” kimi tanıdığımız Nizami küçəsi yüngül həyat tərzi keçirən qadınların bazarına çevrilib. 

Fahişələrin turistlərlə bazarlığının şahidi olan bəzi sosial şəbəkə istifadəçiləri gördükləri mənzərənin şəkillərini çəkərək paylaşırlar. Emil Əmiraslanov adlı aktiv sosial şəbəkə istifadəçisinin paylaşdığı statusu nümunə kimi təqdim edirik: “Hər axşam şəhərin mərkəzində Azərbaycan “qızları” abırsızcasına ərəblərə yaxınlaşıb özlərini təklif edirlər. Hər axşam dəfələrlə bu mənzərənin şahidi oluram. Tam mərkəz küçədə bir-birilərinin dilini bilməsələr də, əl-qolla qiymət davası gedir. Çox biabırçı vəziyyətdir. Bununla bağlı çəkilişlərim də var”. 

Bu tipli çoxsaylı paylaşımlar və bu statuslara yazılan şərhlər vəziyyətin, doğrudan da, ciddi olduğundan xəbər verir. 

Şəhər sakinlərinin gözü qarşısında yaşananlar ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Sakinlər fahişələrin ictimai yerdə heç nədən çəkinməyərək açıq-aşkar fəaliyyət göstərməsində polisləri günahlandırır.  

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Arif Oxu.Az-a açıqlamasında polisin hər zaman belə hallarla mübarizə apardığını bildirdi: “Polislərimiz ictimai asayişin qorunmasında hansısa bir mənfi halın baş verməsini gözləmirlər. Hər zaman ayıq-sayıqdırlar. Siz dediyiniz mənfi hala qarşı həmişə mübarizə aparırıq. O istiqamətdə həmişə işlər gedir. Amma bir məsələ də var ki, biz heç bir sübut olmadan heç kimin əlindən tutub deyə bilmərik ki, “Torqovı”da gəzmə və ya dayanma. Turistlərlə ünsiyyətə girməsinə də qadağa qoya bilmərik. Polis belə məsələdə ancaq fakt və sübutlarla hərəkətə keçə bilər”.  

Qeyd edək ki, Azərbaycanda fahişəliyə görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq edilir. Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsinin 1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) bəndində qeyd olunur ki, bu cinayətlə saxlanılanları  400 saat  inzibati cəza və 2500 manatdan 3500 manata qədər cərimə gözləyir.

 

Mənbə: Oxu.az

OXŞAR XƏBƏRLƏR