Azərbaycan istehsalı velosipedlərin – QİYMƏTİ AÇIQLANDI

Xəbərlər 7 Iyul 2017 19:42 3454
Azərbaycan istehsalı velosipedlərin – QİYMƏTİ AÇIQLANDI

Azərbaycanın "ISMA Bikes" şirkətinin istehsal etdiyi velosipedlərin qiyməti açıqlanıb. Xatırladaq ki, velosipedlərin satışı iyulun 6-da keçirilən təqdimat mərasimindən sonra başlayıb.

 

"Synergy Group" şirkətlər qrupuna daxil olan "ISMA Bikes" Azərbaycanda ilk velosiped istehsalçısıdır. Zavod İsmayıllı rayonunun Diyallı kəndində yerləşir. Şirkətin baş direktoru Elçin Qəhrəmanov deyib ki, istehsal olunan məhsulların geniş çeşidi olacaq: "Biz bazara 40-dək müxtəlif model velosiped, o cümlədən uşaq, şəhər və dağ velosipedləri çıxarmağı planlaşdırırıq. Biz bu il 5-10 min velosiped istehsal etməyi nəzərdə tutmuşuq. Gələn il isə 30 minədək velosiped istehsal oluna bilər".

Eləcə də bax: Bu da Azərbaycan istehsalı velosipedlər - FOTOLAR

Velosipedlərin qiymətlərinə gəldikdə isə o qeyd edib ki, qiymət 70-2500 manat arası olacaq. O həmçinin əlavə edib ki, digər şirkətlərin də əməkdaşlıq marağına baxmayaraq velosipedlərin satışı bilavasitə "ISMA Bikes" mağazası tərəfindən metronun "20 yanvar" stansiyası yaxınlığında yerləşən velotrek ərazisində həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR