Venesiyanın minlərlə sakini “Biz getmək istəmirik” şüarı altında küçələrə axışıb. Onlar doğma şəhərlərinin ümumi turist attraksionuna çevrilməsinin əleyhinə çıxış edirlər.
Seyyah.az Euronews telekanalına istinadla xəbər verir ki, Venesiyada hər küncdə suvenir dükanları olduğu halda, ərzaq, əsasən də məişət malları mağazası tapmaq çox çətindir. Evlərin sayı günü-gündən azalır, qiymətləri durmadan bahalaşır, otellər isə hədsiz dərəcədə çoxalır. Bu səbəbdən venesiyalılar öz şəhərlərini tərk etməyə məcbur olurlar.
Telekanalın məlumatına görə, 1970-ci ildə Venesiyanın tarixi mərkəzində 110 min insan yaşayırdı, indi isə onların sayı iki dəfə azalıb.