Xarici gəzəndə müftə bilet istəyirsiniz? – YENİLİK

Xəbərlər 9 Iyul 2017 10:17 1330
Xarici gəzəndə müftə bilet istəyirsiniz? – YENİLİK

Xarici ölkələrə turist səfərinə gedən Azərbayandan olan turistlər diqqətli olsalar maraqlı adətdən faydalana bilərlər. Onlar həmin şəhərlərdə ictimai nəqliyyat üçün nəzərdə tutulan aylıq və ya həftəlik biletləri pulsuz əldə edə bilərlər. Seyyah.az xəbər verir ki, bununla bağlı Facebookdakı səyahət qruplarının birində məlumat verilir. 

İstifadəçilərdən biri bildirib ki, turistlər səyahətə gəldikləri şəhəri gəzmək üçün aylıq və ya həftəlik biletlər alırlar  (adətən - belə biletlər avtobus və metro üçün hər dəfə bilet almaqdan qat-qat sərfəli olur). Amma çox vaxt turistlər həmin biletlərdən tam istifadə etmirlər və nəticədə istifadəsiz qalan saatlar, günlər olur. Ona görə də turistlərin əksəriyyəti ölkəni tərkk edərkən istifadə etmədikləri biletləri tamamilə pulsuz olaraq yeni gələn turistlərə verirlər. 

İstifadəçilərdən biri bildirib ki, ilk dəfə bu halla Hollendiyada rastlaşıb: «İlk dəfə bu hal ilə Amsterdamda qarşılaşmışdım. Bilet alarkən bir nəfər yaxınlaşıb bildirdi ki, mənim biletimdən istifadə edə bilərsiniz, hələ 8-9 saat vaxtı var. Elə o gündən mən heç vaxt istifadəyə yararlı biletləri atmıram, qarşıma çıxan ilk ehtiyacı olan qonağa təhvil verirəm». 

Başqa bir istifadəçi isə belə hallarFransada rastlaşdığını bildirib: «İlk dəfə Lionda bilet almaq istədiyim vaxt bir turist xanım mənə yaxınlaşıb, şəhəri tərk etdiyini və kartında istifadə olunmamış 2 gün qaldığını bildirərək biletini mənə verdi. Təmənnasız edildiyi üçün bir az çaşqın qaldım, hətta düşündüm ki, aşağı qiymətə satacaq yəqin. O isə "it's free,i am leaving" deyib pulsuz bağışladığını bildirdi. 

Digər istifadəçi isə bildirib ki, hətta günlük biletləri də bağışlamaq mümkündür: «Həmişə belə edirəm, başqa şəhərə gedəndə 24 saatlıq biletlər olur, elə olur ki, cəmi 10 saatından istifadə edirəm, ona görə də bileti dəfələrlə başqasına vermişəm». 

İstifadəçilər belə hallarla Fransada, Moskvada və başqa şəhərlərdə rastlaşdıqlarını bildiriblər. Bəzi istifadçəçilər isə hətta indii də onlarda qüvvədə olan biletlərin olduğunu bildirərək lazım olan şəxslərə verə biləcəklərini deyiblər: «Budapest-de "boat tour" ucun biletim var, isteyen varsa yazsin». 

İstifadəçilər bildirib ki, adətən belə, yəni hələ tam istifadə  edilməmiş, amma daha sahibinə lazım olmayan,  bilətləri metroların çıxışlarına qoyurlar ki, ehtiyacı olanlar istifadə edə bilsin: «Bavariyada rastıma çıxmışdı ilk dəfə və mən özüm də elə etdim. Bir sözlə, metroya daxil olarkən ətrafa diqqətlə baxın». 

Şəbəkə istifadəçiləri bildiriblər ki, tam istifadə olunmayan biletin başqasına bağışlanması avtomobillərin parkinqinə də aiddir. Belə ki, xarici ölkələrdə parkinq çekində maşının markası və nömrəsi göstərilmədiyinə görə, avtomobil vaxtından tez həmin yeri tərk edərsə, həmin biletdən digər avtomobil də istifadə edə bilər. Belə hallar Böyük Britaniya və başqa ölkələrdə baş verir. «Mən UK-də maını park edərkən bir xanım yaxınlaşdı ki, mənim vaxtımın dolmasına hələ 3 saat qalıb, buyurun kartın verim sizə»-deyə istifadəçilərdən biri yazır. 

  

OXŞAR XƏBƏRLƏR