Lisenziya almayan hotellər işləyə bilməyəcək- Olimpiya Oyunları zamanı

Xəbərlər 26 May 2014 00:00 843
Lisenziya almayan hotellər işləyə bilməyəcək- Olimpiya Oyunları zamanı

 “Lisenziya almayan hotellərin fəaliyyəti Olimpiya Oyunları zamanı qadağan olunacaq”. Seyyah.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


 

Onun sözlərinə görə, turizm fəaliyyəti göstərən obyektlərin lisenziyalaşdırılması üçün son monitorinq qrupları rayonlara ezam olunub: “Hotellərin və mehmanxanaların lisenziyalaşması davam edir. Bakı və onun ətrafındakı bütün hotellər ilin axırına qədər lisenziya əldə etməlidir. Əgər lisenziya almasalar, Olimpiya Oyunları zamanı onların fəaliyyəti və xidməti qadağan olunacaq. Düşünürük ki, həyata keçirdiyimiz beynəlxalq tədbirlərdə yalnız lisenziya əldə edən hotellər öz xidmətlərini təqdim edə bilərlər”.


 

Ə.Qarayev əlavə edib ki, ilin sonuna yaxın Bakıya gələcək turistlərin yerləşdirilməsi üçün yerlərin sayı artırılacaq: “Bakıda hazırda 11 min insanın yerləşməsi üçün şərait var. Düşünürəm ki, bu rəqəmi ilin axırına qədər 13-15 minə çatdıra biləcəyik”.

 
OXŞAR XƏBƏRLƏR