Ölkəmizdə turizm sənayesinin inkişafı eləcə də lazımı infrastrukturun olması nəinki qonşu ölkələrdən, həmçinin Avropa ölkələrindən də Azərbaycana gələn turistlərin sayına müsbət təsir edib. Seyyah.az-a məsələ ilə bağlı açıqlama verən Azərbaycan Turizm Assosasiyasının rəhbəri Nahid Bağırov bunun bir neçə səbəbinin olduğunu bildirdi.
Birinci səbəb kimi ölkəmizin əcnəbi ölkələrdə tanıdılması xüsusi rol oynayır. Digər bir səbəb Avropa ölkələrinin vətəndaşlarının səfərlərə maraqlarının olması göstərilir. Səbəblərdən biri də Avropa ölkələrində azərbaycanlıların yaşamasıdır. Bu da ölkəmizin tanıdılmasında mühüm rol oynayır.
Bəs görəsən Azərbaycana hansı Avropa ölkəsindən daha çox turist gəlir? Mədəniyyət və Turizm Nazirliyindən Turizm.fins.az-a verilən məlumata görə, ötən illə müqayisədə Avropa ölkələrindən gələn turistlərin sayında yetərli artım var. Qədim dünyadan Azərbaycana isə ən çox Böyük Britaniyadan turist gəldiyi bildirildi.
Turizm.fins.az. son 6 ay ərzində ən çox Avropa ölkəsindən gələn turistlərin statistikasını təqdim edir.
| Ölkələr | Son 6 ay ərzində | Ötən ilin analoji dövrü |
| Böyük Britaniya | 16 323 nəfər | 15 560 nəfər |
| Almaniya | 7 787 nəfər | 5 995 nəfər |
| İtaliya | 4 462 nəfər | 4 374 nəfər |
Lakin Azərbaycana yalnız Avropa ölkələri deyil, həmçinin körfəz ölkələrindən də çoxlu sayda turist gəlir. Ölkəmizə daha çox körfəz ölkələrindən gələn ziyarətçilərin statistikası isə belədir:
| Ölkələr | Son 6 ay ərzində | Ötən ilin analoji dövrü |
| İran | 180 103 nəfər | 95267 nəfər |
| BƏƏ | 44 196 nəfər | 10086 nəfər
|
Mənbə: fins.az