Mahir Qəhrəmanov: "Qiymətlər baha olduğu üçün bəzi hotellər turistsiz qalır"

Xəbərlər 27 May 2014 00:00 1088
Mahir Qəhrəmanov: "Qiymətlər baha olduğu üçün bəzi hotellər turistsiz qalır"

"Azərbaycanda 400-dən artıq hotel lisenziya ilə fəaliyyət göstərir. Hər il ölkədə 50-yə yaxın yeni yerləşdirmə obyektləri istifadəyə verilir. Artıq lisenziya əldə etmək istəyən şirkət və hotellər bunu internet vasitəsilə saytımıza daxil olaraq, tələb olunan sənədləri təqdim etməklə həyata keçirə bilər". Bu sözləri Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov İnterAz-a açıqlaması zamanı bildirib:

- Azərbaycanda fəaliyyət göstərən hotellər və turizm şirkətləri bir-biri ilə qarşılıqlı əlaqələrini tənzimləyə bilirlərmi? 

Otelləri turizmsiz təsvir etmək olmaz. Bir zamanlar hotelləri mehmanxanalar əvəz edirdi. İndi isə hotellər və motellər tikilib. Azərbaycanın bir çox turizm şirkətlərinin hotellərlə olan əlaqələri çox zəifdir. Hotellər və turizm şirkətləri arasındakı əlaqələrin qurulmasına nazirlik müdaxilə edə bilməz. Əlaqələrin ciddi qurulmasında hər iki tərəfin marağı olmalıdır. Çünki həm hotel, həm də turizm şirkəti qarşılıqlı əməkdaşlıqdan gəlir əldə edir. Buna görə də tərəflər bu məsələləri özləri tənzimləməlidirlər. Bazarda bütün bu münasibətləri tənzimləmək üçün müvafiq treninqlər keçirilməlidir. 

- Niyə bu gün bəzi hotellər "qonaq üzünə həsrət qalıb"? 

Ölkədəki hotellərdə qiymətlər baha olduğu üçün bəzi hotellər turistsiz qalır. Hazırda nazirliyin həm hotel, həm də turizm şirkətlərindən tələb etdiyi əsas məsələ turistlərə göstərilən xidmətlərin səviyyəsinin yüksək olması, mövcud qanunvericiliyə riayət edilməsidir. Həm də hotellər özlərinə daha çox turist axınını təmin etmək məqsədilə turizm şirkətləri üçün korporativ qiymətlərdən də aşağı olan xüsusi qiymətlər tətbiq etməlidirlər. 

- Hotellər turizmin inkişafına əngəl törədir? 

Bəli törədir. Ona görə ki, hotellərdə qiymət amili və xidmət, servis amili turizmin inkişafına əngəlləyir. Azərbaycanda fəaliyyət göstərən hotellərin demək olar ki, hamısı biznes tipli hotellərdir və bu hotellərin sayı durmadan artır. Resort hotellərdə qiymətlər isə çox bahadır. Azərbaycan hotellərində 1 gün istirahət etmək qiymətinə Türkiyədə bir həftə dincəlmək olar. Həm də daha keyfiyyətli. Qiymətlərin baha olmasının günahını isə çox da hotellərdə görmək lazım deyil. Əsas səbəb vergidir. 

Xüsusi olaraq qeyd edək ki, Bakıda şəraitsiz, xidmət səviyyəsi aşağı olan turizm obyektləri çoxdur. Hoteldə qlobal maliyyə böhranı Azərbaycanda hotel biznesinə də mənfi təsir göstərib. Bununla belə Bakıda fəaliyyət göstərən elə hotellər də var ki, böhrana meydan oxuyur.

OXŞAR XƏBƏRLƏR