“Nomad Capitalist” şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb. Seyyah.az xəbər verir ki, “Nomad Pasport İndeksi 2017” adlı sənəddə 199 ölkənin pasportu qiymətləndirilib.
Bu, 5 əsas faktora – pasportların sahiblərinə verdiyi şəxsi azadlığın həddinə, viza azadlığına, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa və həmin pasportlara münasibətə görə müəyyənləşdirilib.
2017-ci ilin 10 ən yaxşı pasportu bunlardır:
İsveç
Belçika
İtaliya
İspaniya
İrlandiya
Finlandiya
Almaniya
Danimarka
İsveçrə
Lüksemburq
Seyyah.az seyahetchi.com-a istinadən xəbər verir ki, sənəd müəllifləri İsveç pasportunun sahibinə 176 ölkəyə vizasız səfər etmək imkanı verdiyini bildirirlər. Pasport xaricdə çox böyük reputasiya qazanıb. İsveç pasportu olanların bir neçə ölkənin vətəndaşlığını almaq imkanı var:
“ONLARIN ŞƏXSİ AZADLIĞI YÜKSƏK SƏVİYYƏDƏDİR. BU PASPORTUN SAHİBİ XARİCDƏYKƏN İSVEÇ VERGİLƏRİNDƏN AZADDIR”
Belçika Avropa Birliyinin (AB) mərkəzidir. Ona görə də, bu ölkənin vətəndaşları nəinki AB ərazisində, ümumiyyətlə, dünyanın 174 ölkəsində vizasız gəzə bilərlər. Belçika pasportu sahibləri vergi azadlığından, ikili vətəndaşlıq imkanından da yararlana bilirlər. Həmçinin, başqa mədəniyyətlərə sayqıyla yanaşdıqlarına görə seçilirlər.
AZƏRBAYCAN PASPORTU 199 ÖLKƏ ARASINDA 133-CÜDÜR
Danimarka pasportu isə sahibinə 174 ölkəni vizasız gəzmək imkanı verir. Həm də, ümumiyyətlə, danimarkalıların dünyanın ən xoşbəxt vətəndaşları hesab edilirlər.
Azərbaycan bu siyahıda Qafqazdakı qonşularından geridədir. Azərbaycan pasportu 199 ölkə arasında 133-cüdür. Rusiyanın pasportu 82, Gürcüstanınkı 83, Türkiyəninki 88, Ermənistanınkı 132, İran pasportu isə 191-ci yerdədir.
Dünyanın ən güclü ölkələrindən hesab olunan Birləşmiş Ştatların vətəndaşlarının pasportu dəyərinə görə 35-ci yerdə dayanır.
Ən pis pasporta sahib olanlar Əfqanıstan, İraq, Eritreya, Pakistan, Liviya, Suriya vətəndaşlarıdır.
“Nomad Capitalist” şirkətini səyahət həvəskarı, sahibkar və investor Andrew Henderson 2012-ci ildə yaradıb. O, şirkəti vasitəsilə öz gördüklərini və öyrəndiklərini – başqa ölkələrdəki həyat tərzi, iş və sərmayə imkanları haqda bilgilərini paylaşır.