"Jumeirah" otellərinə səfər edən azərbaycanlıların sayı artır

Xəbərlər 27 May 2014 00:00 867
"Jumeirah" otellərinə səfər edən azərbaycanlıların sayı artır

"Bu ilin dörd ay ərzində dünyadakı Jumeirah otellərinə səfər edən azərbaycanlıların sayı 26% artıb. Dubaydakı 8 “Jumeirah” otelinə  səfər edənlərin sayında isə 32% artım olub. Yeni bazarlarda otellər genişləndikcə, Azərbaycandan səfər edənlərin sayı artacaq”. Seyyah.az xəbər verir ki, bunu bu gün Bakıda “Jumeirah Bilgah Beach Hotel”ində keçirilən mətbuat konfransında “Jumeirah Group”un korporativ əlaqələr və ictimai işlər üzrə vitse-prezidenti Pirs Şrayber deyib


P.Şrayberin sözlərinə görə, ötən il ərzində bütün dünya üzrə “Jumeirah Group”un 22 otelinə Azərbaycandan gələn turistlərin sayı əvvəlki ilə nisbətən 24% artıb,bu ilin dörd ayında da artım tendensiyası hiss olunur. O bildirib ki, Azərbaycanda "Jumeirah" Group"un otelinin olması da ölkəyə yeni turistləri cəlb edəcək.

OXŞAR XƏBƏRLƏR