2024 və 2028-də Olimpiya Oyunları - BU ŞƏHƏRLƏRDƏ OLACAQ

Xəbərlər 12 Iyul 2017 15:49 810
2024 və 2028-də Olimpiya Oyunları - BU ŞƏHƏRLƏRDƏ OLACAQ

Beynəlxalq Olimpiya Komitəsinin iyulun 11-də Lozannada keçirdiyi iclasında 2024 və 2028-ci illərdə Olimpiya Oyunlarının paytaxtları seçilib.

2024 və 2028-ci il Yay Olimpiya Oyunları Paris və Los-Anceles şəhərlərində keçiriləcək.

Seyyah.az-ın məlumatına görə, belə bir qərar çərşənbə axşamı, iyulun 11-də, Beynəlxalq Olimpiya Komitəsinin Lozannada keçirdiyi iclasında qəbul olunub.

İclasda Olimpiya Oyunlarından birini (2024 və ya 2028) Parisə, digərini isə Los-Ancelesə verilməsi təklif edilib.

Ardıcıllıq BOK-un sentyabrda Limada (Peru) keçirəcəyi 131-ci sessiyasında müəyyən ediləcək.

Qeyd edək ki, Paris sonuncu dəfə 1924-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edib. 

2020-ci il Yay Olimpiya Oyunları Tokioda keçiriləcək. 

OXŞAR XƏBƏRLƏR