Rusiyaya gedən sərnişinlər maye apara bilməyəcəklər

Uçuş zamanı sərnişinlərin özlərində və ya əl yüklərində olan hər hansı maye maddələrin, o cümlədən şəxsi gigiyena vasitələrinin baqaja təqdim olunması tövsiyə edilir.
Xəbərlər 9 Yanvar 2014 00:00 1296
Rusiyaya gedən sərnişinlər maye apara bilməyəcəklər

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyaya səyahət edən sərnişinlərə müraciət edib. Seyyah.az xəbər verir ki, AZAL «Rossaviasiya»ya istinadən bu ölkənin hava limanlarından uçuş zamanı özlərində və ya əl yüklərində olan hər hansı maye maddələrin, o cümlədən şəxsi gigiyena vasitələrinin baqaja təqdim olunmasını tövsiyə edir. 

 

Bundan başqa, həyat üçün daimi əsasda vacib olan dərmanlar, həmçinin uçuş zamanı sərnişinlərin həyat fəaliyyətini təmin edən əşyalar və şəxsi gigiyena vasitələrinin hava gəmisinin salonunda daşınması qadağan edilməyib.

 

Eyni zamanda, bu əşyalar hava limanının aviasiya təhlükəsizliyi xidmətləri tərəfindən yoxlanılmasından (eyniləşdirməsindən) sonra əl yükündə daşımaya buraxıla bilərlər.

OXŞAR XƏBƏRLƏR