“Biz evdə yoxuq” deyib 60-a yaxın ölkəni gəzən cütlük - MÜSAHİBƏ

Xəbərlər 12 Iyul 2017 17:02 784
“Biz evdə yoxuq” deyib 60-a yaxın ölkəni gəzən cütlük - MÜSAHİBƏ

Bilirik ki, hər zaman birgə səyahət edən, könlündən gələn kimi davranan, hər gününü son günüymüş kimi əyləncəli, maraqlı yaşayan cütlüklərə həmişə maraq olub və olacaq.

Bu cür insanlara marağın böyük olduğunu nəzərə alaraq sizi Bilgihan Çelik və Duyqu Şar cütlüyü ilə tanış edəcəyik.

caretta-karavan-2-min

Foto: www.bizevdeyokuz.com

Cütlüyü bəlkə də bir çoxlarınız tanıyır. Onlar “Biz evde yokuz” (http://www.bizevdeyokuz.com/) layihəsinin simalarıdır. Tanımayanlar üçün deyək ki, Duyqu Şarın səyahət həyatı Fransada bakalavr oxuduğu dövrdən başlayıb. İki il “Erasmus” proqramı ilə bu ölkədə oxuyub və daha sonra öz istəyi ilə qısa bir müddət burda yaşayıb. Deyir ki, 18 yaşımdan Türkiyədən kənardayam.

Bilgihan Çelik də “Erasmus” proqramı ilə xarici ölkədə təhsil alıb. Orta Doğu Texniki Universitetini bitirəndən sonra proqramla 1 il Hollandiyada təhsilini davam etdirib. Uzun sözün qısası, səyahətə maraqları bir-birilərini tanıyandan sonra başlamayıb.

Sizə zamanlarının böyük hissəsini səyahətdə, yollarda, müxtəlif ölkələrdə keçirən və bu səbəbdən özlərinə “evdə yoxlar” deyən Bilgihan Çelik və Duyqu Şarla özəl müsahibəmizi təqdim edirik:

– Səyahətə marağınız nə zaman başlayıb?

hayatta-kalma-kapak-min

Foto: www.bizevdeyokuz.com

Biz bir-birimizi tanımadan öncə də səyahət edirdik. Sadəcə bir araya gələndən sonra müəyyən müddət bərabər səyahət etmişik. Son üç ildir qərara gəldik ki,  səyahət bilgilərimizdən digər insanlar da faydalansın. Buna səyahətə maraq deməyək. Ölmədən öncə etmək istədiklərimiz var. Bunun içində meşə qurmaq, arxeoloji qazıntı aparmaq kimi hədəflər var. Biz əslində ölmədən öncə çatmaq  istədiyimiz hədəflərin arxasınca gedirik. Səyahət də bunları gerçəkləşdirmək üçün bir vasitədir. Biz gəzmək üçün gəzmirik. Hansısa ölkəyə və ya şəhərə getmək səbəbimiz bir xəyalımızı gerçəkləşdirməkdir. Və ya qazanmaq istədiyimiz bir təcrübə var. Bu vəsilə ilə də gəzmiş oluruq. Ümumiyyətlə onu deyək ki,  münasibətlərdə iki insan da eyni şeyləri sevirsə bu alınır. Biri digərini öz sevdiklərinə sürükləyə bilməz. Bu, birinin səfası, digərinin əzabı olar.

– Uğur qazanmağınızın sirri nədədir?

huaca-wp-min

Foto: www.bizevdeyokuz.com

Əvvəlcə onu deyim ki, bu bizim üçün bir layihə deyildi. Öz-özünə baş tutan bir şey oldu. Veb səhifəmizdə quruluş hekayəmiz haqqında yazmışıq. Uğur qazanmağımızın səbəbi, işimizə “hesab açaq böyüsün” şəklində yanaşmamağımızdır. Çox təbii, çox səmimi, nə yaşayırıqsa odur. Biz bir sosial media hesabı deyilik, biz həyatıq, həyat hekayəsiyik. İnstagram fenomeni deyilik, heç bir paylaşımımız studiya çəkilişi deyil, həmin anda nə yaşayırıqsa odur. Həqiqətən nə yaşayırıqsa, onu paylaşırıq. İnsanlar sağ olsun, bizi bu cür qəbul etdilər. Şanslıyıq, çünki “Biz evde yokuz” ailəsi çox yaxşı insanlardan ibarətdir. Ən böyük hesabımız və ən çox üzvümüz Facebookdadır, Sonra Twitter və İnstagramda. Hamısı birlikdə yarım milyon nəfərlik bir ailəyik. O insanlarla qarşılıqlı əlaqələrimiz var, özəl günlərini təbrik edirik. Türkiyənin şəhərləri bir yana, bəlkə də dünyanın hər yerində çalacaq bir qapımız var. Bu, çox qiymətli bir şeydir.

– Neçə ölkə gəzmisiniz?

Machu-Picchu-da-min

Foto: www.bizevdeyokuz.com

Bu, bizim sevmədiyimiz suallardandır. Neçə ölkə və şəhəri gəzməyiniz önəmli deyil. Önəmli olan həmin ölkələri neçə insanın dərindən gəzməsidir. Bir ay və ya iki həftə Latın Amerikasını turla gəzdirən şirkətlər var. Bunlar gəzmək sayılmaz. Bu televizordan izləmənin bir qədər gerçək versiyasıdır. Lakin həmin ölkənin mədəniyyətinə qarışmış, mənimsəmiş olmursunuz. Bu səbəbdən neçə ölkə, neçə şəhər gördün önəmli deyil, harda nə qədər vaxt keçirməyin, oranın mədəniyyətinə nə qədər qarışmağın, mənimsəməyin  önəmlidir. Elə bil ki, Kubaya gedib,  Resortda qaldın. Bu, Kubanı görməmən kimi bir şeydir. Sadəcə çimərlik və 5 ulduzlu oltellərini gördün. Yenə də onu deyim ki, bizim veb saytımızda, “Biz kimik” kateqoriyası var, getdiyimiz ölkələr xəritə formasında qeyd olunub.

– Hansı ölkə sizi daha çox cəlb edib?

Foto: www.bizevdeyokuz.com

Foto: www.bizevdeyokuz.com

Mənim şəxsi seçimin Efiopiyadır. Mənim üçün əvəzedilməzdir. Orda 3 həftə qaldım. Gözəl təcrübə idi. Qəbilələr, çöl həyatı, gerçək bir şey yaşadıq. Bir gün küçədə, bir gün məktəb həyətində, bir gün nəzarətdə yatdıq. Çünki heç bir infrastruktur yoxdur. Ordakı insanlardan, qəbilələrdən mənə bit keçmişdi. Bu qorxunc idi,  ama çox gerçək bir həyat idi. Bilgihan isə Filippinə aşiqdir. Məndə oranı çox bəyənmişdim, amma tərəzinin gözünə qoyanda Efiopiya daha ağır gəlir. Filippin isə məncə yer üzündəki cənnətdir. Bilgihan bu səbəbdən çox bəyənir. Palavan adasının El Nido bölgəsi möhtəşəm təbiətə sahibdir. Bir ay orda qaldıq. Biz getdiyimiz yerlərdə 3-4 həftə keçiririk. Düzdür, ölkəni yaxşı gəzib-gəzə bilməmək oranın böyüklüyünə görə dəyişir, amma biz ancaq bu qədər zamanda ürəyimiz istəyən kimi səyahət edə bilirik.

– Səyahət vaxtı başınıza hər hansı bir maraqlı hadisə gəlib?

Foto: www.bizevdeyokuz.com

Foto: www.bizevdeyokuz.com

Başımıza indiyədək o qədər hadisə gəlib ki.  Bilgihanın çantasını, pasportunu, pul qabını oğurlamışdılar. Mən bir dəfə pasportumu itirmişdim. Həmin dövrlərdə tək gəzirdim. Səyahət zamanı xəstələnməyimiz, kirayə götürdüyümüz avtomobilin qəzaya düşməsi, bütün bunlar yadda qalan hadisələr olub. Səhvən bir dəfə İtaliyada hava limanın ərazisinə çadır qurmuşduq.

– Sizə görə hansı ölkədə nə yemək lazımdır?

Foto: www.bizevdeyokuz.com

Foto: www.bizevdeyokuz.com

Hər ölkənin öz mətbəxindən təamları dadmaq lazımdır. Örnək üçün deyim, Yaponiyada mütləq suşi yeməlisiniz. Getdiyiniz ölkənin mətbəxindən nəsə yeməyinizi tövsiyyə edirik ki, məsələn Türkiyədə dünya mətbəxi bahalıdır. Bilmirəm, Azərbaycanda da belədirmi, amma Avropa və Amerikada bu cür məşhur yeməklər artıq hipermarketlərdə satılır.

– Səyahətlərinizə nə qədər pul xərcləyirsiniz?

Belə bir qarşılaşdırma etmək mümkünsüzdür. Çünki hər ölkənin fərqli iqtisadiyyatı var. Danimarkada bir qəhvə 25-30 türk lirəsidir (12-14 AZN), amma eyni qəhvə Peruda 1 türk lirəsinə (0,47 qəpik) başa gəlir.

– Səyahət etmək üçün pul çox önəmlidir?

Foto: www.bizevdeyokuz.com

Foto: www.bizevdeyokuz.com

Normalda bu sual veriləndə, hər kəs səyahətlərdə pul önəmli deyil cavabını eşitmək istəyir. Amma dünyanın öz həqiqətləri var. Hər şeyin bir maddi qarşılığı olmalıdır. Bunlar çox böyük şeylər deyil. Siz az büdcəylə də bir çox ölkə gəzə bilərsiniz. Gündə 3 avroya avtostopla dünyanı gəzən bir dostumuz var. Ya da getdiyi yerlərdə gitara çalaraq qazandığı pullarla gəzən insanlar var. Və ya barter üsulu, getdiyi yerlərdə dəyişim edən insanlar var. Məsələn orda qalırlar, yemək yeyirlər, amma qarşılığında da o ailəyə və ya quruma bəlli bir saat xidmət edirlər. Yəni səyahət etmənin bir çox yolları var. Sizin üçün hansı rahatdırsa, onu seçin. Lakin əlimi isti sudan, soyuq suya salmayım deyirsinizsə, təbii ki, bəlli bir büdcə lazımdır. Ayıq insan olsanız, daha az büdcə ilə də gəzə bilərsiniz.

“Biz evde yokuz”u aşağıdakı sosial şəbəkələrdən izləyə bilərsiniz:

https://www.facebook.com/bizevdeyokuzcom

https://twitter.com/bizevdeyokuz

https://www.youtube.com/channel/UCaDkoFP4OeOzJADcjMOt19g

https://www.instagram.com/bizevdeyokuz/

Mənbə: sey-yah.com

OXŞAR XƏBƏRLƏR