“Futbol bir bəhanə idi ... Əsl final Peterburqu görmək oldu” - REPORTAJ - FOTOLAR

Xəbərlər 13 Iyul 2017 14:34 1241
“Futbol bir bəhanə idi ... Əsl final Peterburqu görmək oldu” - REPORTAJ - FOTOLAR

Köhnə və yeni adı ilə Sankt-Peterburq şəhəri daim səfər etmək üçün arzuladığım şəhər olub. Çünki bu şəhər özündə Rusiyanın tarixinin qorunub saxlandığı Moskva və Kazanla birgə əsas şəhərlərdən biridir. Məsələ heç onda deyil ki, başda Rusiya prezidenti Vladimir Putin olmaqla əsas siyasi elita məhz Peterburqdandır və ya  bu şəhər daim Rusiya rəhbərlərinin göz bəbəyi olub. Sadəcə Peterburq Rusiyanın digər şəhərlərindən çox fərqlənir. Təsadüfi deyil ki, vaxtilə bu şəhəri salanların məqsədi məhz “Rusiyadan Avropaya pəncərə açmaq” olub. Lakin indi bu şəhər daha çox  dünyanın Rusiyaya pəncərəsidir. Rusiyanın bu mədəniyyət mərkəzinə hər il orta hesabla qatar, təyyarə və gəmi ilə altı milyondan çox turist gəlir ki, bu da paytaxt Moskvaya gələn turislərin sayından çoxdur.

Kanalları və su yolları olan Sank-Peterburqu uzun zamandır “Şimalın Venesiyası” adlandırırlar. İndi, turistlərin sayı şəhər sakinlərinin sayını ötdükcə, Santkt-Peterburq turist məkanı kimi Venesiya ilə rəqabət apara bilər. İyulun 2-si bizim bu şəhərlə ilk tanışlığımız başladı.

Aeroportdan düşər-düşməz birbaşa Rusiyanın məşhur Zenit klubunun yeni stadionuna üz tutduq . “Sankt Peterburq Arena” adlanan stadion müasir üslubda hazırlanıb. Futbol üzrə Konfederasiya Kuboku da təsadüfən bu meydanda keçirilmirdi.

Bu stadion 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Kubokunun  əsas vizit kartlarından biridir. Amma rusları məyus edən o idi ki, Dünya Kubokuna hazırlıq məqsədi daşıyan Konfederasiya kubokunun finalına Rusiya millisi çıxa bilməmişdi. Final Almaniyanın timsalında Avropa, Çilinin timsalında isə Cənubi Amerika qitəsinin mübarizəsinə səhnə oldu. Gərgin keçən oyunun sonunda sevinən tərəf almanlar oldu. Sanki uzun müddətdir futbol azarkeşlərinin dillər əzbəri olan “Hamı futbol oynayır, amma sonda almanlar qalib gəlir!“ kəlməsi bu dəfə də təsdiqini tapdı.

Çili millisi daha yaxşı oynasa da, Rusiyaya 3-cü ehtiyat komandası ilə gələn almanlar intizamlı oyunları ilə istədikləri nəticəyə nail oldular. Qəribəsi o idi ki, meydanda olan təxminən 57 minə yaxın azarkeşin az qala 60-65 faizi Çili millisini dəstəkləyirdi. Burada İkinci Dünya Müharibəsindən qalan qan yaddaşı da az rol oynamamışdı. Ruslar, sovetlər vaxtında Leninqrad adlandırılan Sankt- Peterburqun almanlar tərəfindən  mühasirəsinin faciəli nəticələrini hələ də unutmayıblar. Təsadüfi deyil ki, meydanda Çiliyə azarkeşlik edənlərin yarısından çoxu məhz Çili forması geyinən və bayrağı tutan ruslar idi.  Amma bu dəfə oyunu daha çox azarkeş dəstəyi alan yox, oyuna psixoloji olaraq hazır olan komanda uddu.

Növbəti gün mənim rusların “Piter” deməyə adət etdiyi bu şəhəri kəşf etmək üçün cəmi 3 saatım var idi. Amma bu qısa vaxt kifayət etdi ki, mən Peterburqun ən azı Moskvadan daha təmiz və cəlbedici şəhər olduğunu özüm üçün təsdiqləyim. 

I Pyotr üç əsr bundan əvvəl Sankt-Peterburq şəhərinin təməlini qoyandan bəri bu şəhər Rusiya tarixinin şahidi olub. 1917-ci ildə bolşeviklər tərəfindən zəbt olunan, vaxtilə çarın iqamətgahı olan Qış Sarayı ... Bu gözəl məkan indi dünyanın ən gözəl və ən böyük muzeylərindən biri, Ermitajdır. Bu muzeydəki eksponatlara tam olaraq baxmaq üçün  nəinki 3 saat , hətta bir gün belə azdır. Küçələrdə rastımıza çıxan rəssamlar isə satışa çıxardıqları öz rəsm əsərləri ilə turistlərin diqqətini cəlb etməyə çalışırdılar. Peterburq ilk baxışda səliqəli və təmiz şəhər kimi mənim yaddaşımda qaldı. 

Daha çox diqqətimi isə 1883-cü ildə çar III Aleksandrın göstərişi ilə tikilən “Спас-на-Крови” kilsəsi oldu. Məhz bu kilsənin ərazisində tikintidən 2 il əvvəl anarxistlərin bomba hücumu ilə ata çar II Alerksandr qətlə yetirilmişdi.

Əlbəttə 3 saat ərzində gördüklərimi çalışdım lentə alım. Bu şəhəri çoxları sevir, çünki bu şəhər keçmişə qərq ola biləcəyin bir neçə şəhərdən biridir. Buraya cins şalvar və idman ayaqqabısında gələndə belə, insan özünü 18-19-cu əsrlərdə hiss edir. Amma şəhər tarixi olduğu qədər həm də müasirdir.

Bu yaxınlarda Sankt-Peterburqda eyni vaxtda yeddi gəmini qəbul edə biləcək dünyanın ən böyük limanlarından biri fəaliyyətə başlayıb. Rusiyanın digər iri vilayətlərindən fərqli olaraq xarici sərnişinlər Sankt-Peterburqda üç gün vizasız qala bilir.

Moskva və ya Helsinkidən insanlar buraya yeni yüksək sürətli qatarlarla, eləcə də səyahət gəmiləri ilə gələ bilirlər. Üstəlik buradakı yerli sakinlərin Rusiyanın digər bölgələrindən fərqli olaraq daha çox  mehriban olduğu ilk baxışda gözə dəyir. Biz də mehriban hisslərlə bu şəhərdən ayrıldıq. Amma onu gəzməkdən doya bilmədik. Elə bizə bu səfərdən qalan fotolar və  Rusiyanın məşhur istehlak malları mağazalar şəbəkəsi “Пятёрочка” –dan aldığımız Rusiya istehsalı olan şokolad, konfetlər oldu...

Xatırladaq ki, bizim Sankt –Peterburqa səfərimiz “Qazprom”un dəstəyilə 2013-cü ildən keçirilən “Dostluq üçün futbol” layihəsi çərçivəsində baş tutdu. Layihə dünyanın müxtəlif millətlərini, müxtəlif yaşlarda və müxtəlif fiziki imkanlarda olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. Bu il layihə çərçivəsində keçirilən tədbirlərin rəsmi media tərəfdaşları arasında Eurasia Diary portalı da var idi.

1
 
Ayaz Mirzəyev, Eurasia Diary

Bakı-Sankt-Peterburq

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1

Ayaz Mirzəyev, 

Mənbə: eurasiadiary.com

OXŞAR XƏBƏRLƏR