"Jumeirah Bilgah Beach Hotel” - YAY MÖVSÜMÜNƏ HAZIRDIR

Xəbərlər 27 May 2014 00:00 3383
"Jumeirah Bilgah Beach Hotel” - YAY MÖVSÜMÜNƏ HAZIRDIR

Mayın 27-də “Jumeirah Bilgah Beach Hotel”-ində yay mövsümünün açılışı ilə bağlı tədbir keçirilib. Seyyah.az-ın məlumatına görə, tədbirdə hotelin yeni baş meneceri Kristof Mousse də təqdim olunub.

 

“Konfransda çıxış edən “Jumeirah Bilgah Beach Hotel”in hazırkı baş meneceri Mete Atakuman hotelin 2 illik fəaliyyətindən danışıb. Hoteldə bir çox beynəlxaq tədbirlərin keçirildiyini deyən baş menecer bildirib ki,  “Jumeirah Bilgah Beach Hotel”i 2012-ci və 2013-cü illərdə “World Travel Awards” tərəfindən "Azərbaycanın aparıcı hoteli”, İlin Şirkəti Milli Mükafatı tərəfindən "İlin ən yaxşı hoteli" mükafatlarına, həmçinin, 2013-2014-cü illərdə “Tripadvisor” turizm portalı tərəfindən keyfiyyət sertifikatına layiq görülüb: “"Əminəm ki, “Jumeirah Bilgah Beach Hotel”i brendin əqidəsinə sadiq qalaraq qeyri-standart olacaq, həmçinin, gələcək illərdə də öz xidmətləri ilə qonaqlarını (sevindirəcək)tələbatını ödəyəcək”. Qeyd edək ki, Mete Atakuman “Jumeirah Group” tərəfindən  Çində “Jumeirah Guangzhou” hotelinin başlanğıc fazasına rəhbərlik etməyə təyin olunub.


M. Atakuman tədbirdə “Jumeirah Bilgah Beach Hotel”inin yeni baş menecerini Kristof Mousseni təqdim edib. O, bildirib ki, K.Mousse hotelin ümumi strateji istiqamətinə və gündəlik fəaliyyətinə görə cavabdeh olacaq. Kristof Moussenin Avropa, Yaxın Şərq, Qərbi Afrika, Mərkəzi Amerika və Asiyada, yerləşən hotellərdə və lüks hotel sənayesində 20 illik təcrübəsi var. Bundan öncə o, 2010-cü ildə “Jumeirah Zabeel Saray” hotelində menecer vəzifəsində çalışıb: “Mən iki yaşını qeyd edən və yay mövsümünə qoşulan “Jumeirah Bilgah Beach Hotel”i komandasına qoşulmağa şadam. Regionda ən sürətlə inkişaf edən ölkələrin birində - Azərbaycanda olmaqdan məmnunam və ölkədə olan tarixi abidələri ziyarət etməyi səbirsizliklə gözləyirəm".

 

Tədbirdə çıxış edən “Jumeirah Bilgah Beach Hotel”in hazırkı baş meneceri Mete Atakuman, “Jumeirah Group”un Yaxın Şərq, Afrika və Cənubi Asiyada əməliyyatlar üzrə baş vitse-prezidenti Marvan Əl Əli və “Jumeirah Group”un korporativ əlaqələr və ictimai işlər üzrə vitse-prezidenti Pirs Şrayber jurnalistlərə yay mövsümünün başlanması ilə əlaqədar tədbirlər, “Jumeirah” restoran həftəsi və “Jumeirah”da baş verən kadr dəyişikləri haqqında məlumat veriblər.  

 

 

OXŞAR XƏBƏRLƏR