Artıq həftə başa çatmaq üzrədir. Bu isə o deməkdir ki, hələki məzuniyyətə çıxmayanlar ən azından şənbə və bazar gününü fərqli tərzdə keçirə bilər.
Havanın isti keçməsi isə həftəsonunu bölgələrə səfər etməkdən başqa bir çıxış yolu qoymur. Odur ki, rayonlara getmək istəyənlər üçün seyyah.az turzim şirkətlərinin hazırladığı həftəsonu turlarını təqdim edir:
Turda.Az travel
Şəki-Qəbələ turu - 23 manat
Qusar-Laza turu – 23 manat
İsmayıllı-Lahıc turu – 22 manat
Welcome travel
Qəbələ turu - 27 manat
Masallı -Yardımlı turu – 32 manat
İsmayıllı -Lahıc turu – 28 manat
Ritm travel
Quba turu – 20 manat
Qəbələ turu - 21 manat
Oğuz-Qəbələ turu - 23 manat
Lahıc turu – 22 manat
Şəki-Qəbələ turu - 22 manat
Bu qiymətlərə nəqliyyat, fotosessiya, bələdçi, çay süfrəsi və səhər yeməyi daxildir.
Qeyd edək ki, Qubaya bir günlük turlar zamanı Qəçrəş meşəsi, Çənlibel gölünə və Minarə dağına baş çəkəcəksiz. Lahıca getmək istəyənlər isə Asma körpü, Tacirlər küçəsi, Lahıc şəlaləsinə səfər imkanı əldə edəcəklər.
Oğuz-Qəbələ turunu seçənlər isə Xalxal şəlaləsi, Tufandağ, Qəbələnd, tək Qəbələ turunda isə Nohurgöl, Tufandağ Qış-Yay Turizm Kompleksi və Qəbələndi görmək imkanı əldə edəcəklər. Şəkini seçənlər isə tur zamanı Xan sarayı, Karvansaray və halva dükanları ilə tanış olacaqlar.
Qax-Şəki-Qəbələ turu
“Ritm travel” Turizm Şirkəti iyulun 15-16-da iki günlük səfər çərçivəsində müştərilərinə Qax-Şəki-Qəbələ turu təşlif edir. Turun qiyməti 68 manatdır.
Qiymətə 4 dəfə qidalanma, nəqliyyat, oteldə qonaqlama, fotosessiya, bələdçi xidməti daxildir. Bundan başqa tur iştirakçıları ekskursiyalarda da iştirak edə bilərlər. Ekskursiyalar isə İlisu şəlaləsi, Ulu körpü, Sumuqala, Karvansaray və halva dükanlarına təşkil olunur.
“Miracle travel” isə 2 günlük turu Qax-İlusuya təşkil edir. Turun qiyməti isə 79 manatdır.
Məbləğə nəqliyyat, qonaqlama, 2 dəfə səhər, 1 dəfə nahar, 1 dəfə də şam yeməyi daxildir. Qonaqlar Qax Olimpiya kompleksindəki hoteldə yerləşdiriləcəklər.