Yayın istisindən qaçan insanlar daha çox dəniz kənarında dincəlməyə üstünlük verirlər. Xəzərlə kifayətlənməyənlər isə xaricə üz tuturlar.
Seyyah.az xaricdə istirahət edənlərin daha çox Türkiyəyə üstünlük verdiyini nəzərə alaraq Bodrumda istirahət qiymətlərini təqdim edir.
Turda.Az – 705 dollar
Baku Travel and Tourism – 800 dollar
Fly.az – 730 dollar
İnturist Travel – 559 dollar
Rayda Travel - 555 dollar
Məlumat üçün bildirək ki, turlar avqustun sonlarına nəzərdə tutulub. Qiymətlər 1 nəfər üçün hesablanıb.
Qeyd edək ki, turun qiymətinə gediş-dönüş aviabiletləri, sığorta, transfer, 6 gecə 7 gün 3 ulduzlu hoteldə qonaqlama və gün ərzində 3 dəfə qidalanma daxildir. Həmçinin, yuxarıda göstərilən qiymətlər minimal göstəricidir. Turistin seçimindən asılı olaraq daha dəbdəbəli hotellər seçmək olar ki, bu zaman qiymət bir qədər bahalaşacaq. Misal üçün, Bodrumda 4 ulduzlu hoteldə 6 gecə 7 gün qonaqlamaq 535 dollardır. 5 ulduzlu hoteldə isə bu məbləğ bir qədər də artır - 710 dollardan başlayır.
Mənbə: fins.az