İçərişəhərin turist xəritəsi hazırlanıb

Xəbərlər 14 Iyul 2017 12:04 463
İçərişəhərin turist xəritəsi hazırlanıb

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə İçərişəhərin ingilis və rus dillərində turist xəritəsi hazırlanıb.

Nazirlikdən seyyah.az-a bildirilib ki, xəritə İçərişəhərdə yerləşən muzeylər, məscid və məqbərələr, karvansaralar, qalalar, hamamlar, tarixi-memarlıq binaları, qalereyalar, suvenir dükanları, restoran və kafelərin yeri barədə ətraflı məlumatı əhatə etməklə görməli yerlərə ən qısa marşrutu tapmaqda turistlərə yardımçı olacaq. Xəritədə İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri haqqında da qısa məqalələr yer alıb.

İçərişəhərin turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Bakıdakı mehmanxanalardan əldə etmək mümkündür.

Yaxın gələcəkdə xəritənin ərəb dilində nəşri də nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR