Azərbaycanda ali məktəblərə qəbul qaydalarında mühüm dəyişiklik tətbiq olunacaq. Seyyah.az xəbər verir ki, bu yenilik prezident İlham Əliyevin təsdiqlədiyi «Təhsil haqqında» qanuna dəyişiklikdə nəzərdə tutulub. Belə ki, “Təhsil haqqında” qanuna 22.3-1-ci maddə əlavə edilib:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur”.
Habelə qanuna aşağıdakı məzmunda 26.5-1-ci maddə əlavə olunub: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Başqa sözlə, bundan sonra ənənəvi test qəbul imtahanından keçmədən də ali məktəblərə qəbul olmaq mümkün olacaq.