Şarm Əl Şeyx, yəqin ki bu ad çoxlarına tanışdır. Bəli Misirin məşhur istirahət mərkəzi nəinki dünya turistlərinin, həmçinin azərbaycanlı turistləri arasında da çox məşhurdur. Məlumat üçün bildirək ki, Avropadan ən çox Alman turistlər bu istirahət mərkəzlərinə üz tuturlar. Bəs görəsən azərbaycanlı turistlər istirahət üçün bu məkanı seçsələr nə qədər pul xərcləməli olacaqlar. Seyyah.az xəbər verir ki, bu sualın cavabını Turizm.fins.az aydınlaşdırmağa çalışıb.
Yerli turizm şirkətlərindən əldə etdiyi məlumatlara görə adı çəkilən istirahət mərkəzində istirahət qiymətləri belədir:
The Rock Hotel 3 ulduzlu - 385 dollar
Luna Sharm 3 ulduzlu - 420 dollar
Falcon Hills 3 ulduzlu - 425 dollar
Falcon Naama Star 4 ulduzlu - 445 dollar
Panorama Naama Heights 4 ulduzlu - 425 dollar
Aurora Cyrene Resort 4 ulduzlu - 425 dollar
Coral Hills Resort 4 ulduzlu - 460 dollar
Melton Beach Resort 5 ulduzlu - 470 dollar
Aurora Oriental Resort 5 ulduzlu - 479 dollar
Amwaj Oyoun Resort & Spa 5 ulduzlu - 480 dollar
Qeyd edək ki, yuxarıda göstərilən qiymətlər avqustun sonlarına iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb. Məlumat üçün onu da bildirək ki, tur Tiflis hava limanından təşkil oilunur. Tur sifariş edən şəxs Tiflisi öz hesabına gələrək tura qoşula bilər. Yuxarıda göstərilən qiymətə isə Tiflis-Şərm -Əl -Şeyx-Tiflis avaibileti, dəniz kənarı oteldə 7 gecə 8 gün qonaqlama, qidalanma all inclusive, transfer və sığorta daxildir.