Azərbaycan Turizm Assosasiyasının rəsmisinin açıqladığı məlumata görə 2017-ci ildə xarici ölkələrdə istirahət edən azərbaycanlıların sayında rekord qeydə alınıb. Belə ki, artım 30% təşkil edib. Azərbaycanlı turistlərin ən çox getdiyi ölkə isə Türkiyə olub. Bunu nəzərə alaraq seyyah.az Türkiyənin Quşadasında istirahət qiymətlərini təqdim edir.
Turda.Az- 5 gecə 6 gün 564 dollar
Baku travel and tourism – 7 gecə 8 gün 600 dollar
Fly.az 6 gecə 7 gün – 620 dollar
İnturist travel – 7 gecə 8 gün – 495 dollar
Rayda travel – 7 gecə 8 gün – 561 dollar
Qeyd edək ki, göstərilən qiymətlərə gediş-gəliş aviabiletləri, oteldə qonaqlama, all inclusive qidalanma və sığorta daxildir. Məlumat üçün bildirək ki, təqdim edilən rəqəmlər avqustun sonuna olan tarixlərə 1 nəfər üçün hesablanıb. Təqdim edilən hotellər isə 3 ulduzludur. Əgər 5 ulduzlu mehmanxanalar bron edilsə bu zaman adambaşına 710 dollardan başlayan qiymətlərlə ödəniş etmək lazımdır.
Mənbə: fins.az