Qatarlarda gediş haqqı ilə bağlı yenilik - TARİF ŞURASININ QƏRARI

Xəbərlər 15 Iyul 2017 09:22 1251
Qatarlarda gediş haqqı ilə bağlı yenilik - TARİF ŞURASININ QƏRARI

Xəbər verdiyimiz kimi, bu gün Tarif (qiymət) Şurasının iclası keçirilib. Seyyah.az-ın məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli Qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyət istiqamətlərinə aid edildiyi və Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli Qərarına əsasən, dəmir yolları ilə yük və sərnişin daşıma xidmətlərinin, tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarıldığı nəzərə alınaraq, Şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilib.

Başqa sözlə, bundan sonra qatarlarda sərnişin və yük daşıma qiymətlərini Tarif Şurası deyil, “Azərbaycan Dəmir Yolları” QSC özü müəyyən edəcək. 

OXŞAR XƏBƏRLƏR