Ukrayna kurortlarında vəziyyət normaldır - KAMERADAN İZLƏMƏK OLAR

"Ölkənin böyük ərazisində, paytaxtda və əsas kurortlarda sakit həyat davam edir"
Xəbərlər 28 May 2014 00:00 1568
Ukrayna kurortlarında vəziyyət normaldır - KAMERADAN İZLƏMƏK OLAR

Ukraynanın bəzi bölgələrindəki qeyri-sabit siyasi vəziyyətə baxmayaraq bu ölkənin kurortları öz fəaliyyətini adi qaydada davam etdirirlər və turistlərin bu kurortlarda istirahəti ilə bağlı heç bir problem yoxdur. Bu barədə Səyyah.az-a Ukraynanın «Royal Hotels & Spa Resorts» hotel şəbəkəsinin Azərbaycandakı nümaynədəliyi olan "Royal Hospitality Group" şirkətindən bildirilib. Nümaynədəlikdən bildirilib ki, narahatlıq üçün əsas yoxdur: "Ölkənin böyük ərazisində, paytaxtda və əsas kurortlarda sakit həyat davam edir".


Qeyd edək ki, Ukrayna kurortları arasında Azərbaycanda ən məşhuru Truskavets şəhəridir. Nümaynədəlikdən bu ərazidə də problem olmadığını və Truskavetsin işini davam etdirdiyini bildirib: Bizim əsas sanatoriyamız olan "Cenevrə"nın yerləşdiyi Truskavets şəhərinin infrastrukturu normal rejimdə işləyir. Lvov şəhərinin aeroportu isə normal rejimdə işləyir. Aeroport beynəlxalq reysləri adi qayda ilə qəbul edir". Yeri gəlmişkən, Ukraynaya, xüsusilə də, Truskavetsə hazırlaşanlar buradakı vəziyyət internetdə də izləyə bilərlər.


Nümaynədəlikdən verilən məlumata görə, Truskavets şəhərinin rəhbərliyi kurortlarda onlayn kameralar quraşdırıbı ki, bu kameraların köməyi ilə şəhərdəki vəziyyəti canlı izləyə bilərlər. Kameraları www.rhg.com.ua/web.html internet ünvanından izləmək olar.

OXŞAR XƏBƏRLƏR