Ofis işçiləri üçün kapsul hotel yaradılıb

Xəbərlər 16 Iyul 2017 16:21 738
Ofis işçiləri üçün kapsul hotel yaradılıb

Çində yuxulu ofis işçiləri üçün kapsul hotellər yaradılıb. «Reuters»in məlumatına görə, kiçik mehmanxana kosmik gəminin istirahət otağını xatırladır. Bir nəfərlik kapsul-hoteldə istirahət pulludur – yarım saatlıq yuxu üçün 10 yuan və ya 1,5 dollar ödəmək tələb olunur. Xidməti təqdim edən «Xiangshui Space» şirkəti tələbatın yüksək olduğunu bildirir, çünki Çində doyunca yuxu yatmayan ofis işçiləri çoxdur.

May ayında bu xidmət Pekində tətbiq edilib, hazırda Şanxay və Çendu şəhərlərində də kapsul hotellər var. Qeyd edək ki, oxşar formada kapsul hotellər Yaponiyada da yaradılıb. Amma Yaponiyada bu hotellər gecə qalmaq üçün istifadə olunduğu halda, Çində hotelin sakinləri işdən yorularaq gündüz 1-2 saat yatmaq istəyənlərdir.

OXŞAR XƏBƏRLƏR