Niyazi Qasımov adlı Facebook istifadəçisi Gürcüstan və Türkiyə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Yay mövsümündə Gürcüstan istiqaməti Azərbaycan vətəndaşları arasında populyar olduğundan, əhali üçün maraqlı olacağını nəzərə alaraq, seyyah.az N.Qasımovun səfər təəssüratlarını təqdim edir:
"Səfərim Tbilisdən Bakıya səfərlə başladı.
Bu AZAL-ın "business class"ı Tbilisidəki şəhər taksilərindən daha "pis" oturacaqlara sahib idi. (Əvvəlki səfərlərdə əməlli başlı keyfiyyətli idi).
Sonra uçuş zamanı içki soruşanda qırmızı çaxır (toscana) dedim, gedib yerli qırmızı çaxır gətirdilər (Dadından o dəqiqə bəlli olur). Bir dəfə da orda qanım qaraldı.
Həmin günü axşam Bakıdan Tbilisiyə yoldaşlarımla qayıdacaqdım deyə, uçuşdan düşən kimi məlumat masasına yaxınlaşıb axşamkı Tbilisi reysinin həmin bort olub olmayacağını maraqlandım, dedilər ki, təəssüf ki, bugün getsəniz həmin "traktor" ilə qayıtmalı olacaqsız. Nəysə axşam üçün həmin uçuşa business üçün yox, ekonom üçün aldım biletləri ki, orda onsuz da hər şey eynidir.
Axşam gələndə növbəti anormallıq o oldu ki, Salam Lounge adlı Priorty Pass üçün olan bölmə bağlı idi. Qapıda da heç kim yox idi. UK-ə baş ofisə zəng elədik şikayət elədik o anda gəlib açdılar. Uçuş üçün də yerləri seçdik, emergency çıxış olan yerə ki biraz yer rahatçılığı olsun... gəlib təyyarədə gördük ki, kənd avtobusu kimi Emergency çıxışın qabağına da bir sıra oturacaq düzəldiblər. 1 saatlıq yolu burnumuzdan gətirdilər.
Tbilisiyə çatdıq yoldaşlarla ilk getdiyimiz yer axşam yeməyi üçün Mtatsminda Park deyilən yerdə (oranın dağüstü parkı) olan bir restoran oldu. bütün şəhər mənzərəsi ayağınızın altındadır və qiymətlər də münasibdir. Od tutub yanmır yəni.
Səhəri gün getdik Mtskheta adlı yerə. Qədim və gəziləsi xırda bir yerdir. Şərablı dondurma ala bilərsiniz dadlı imiş ya da şərab üzərinə Special For filankəs yazıdıra bilərsiniz hədiyyəlik falan, ordan aksesuar falan almağa dəyməz Tbilisidə daha ucuz tapa bilərsiniz (Daha çox çeşidlə)
Növbəti gün istiqamət aldıq Batumiyə. Şəxsi avtomobil ilə gedənlər üçün deyim ki, yolun 40%-i yaxşıdı trasda sürürsünüz. Radar falan da bizdəki kimi 2km-dən bir deyil. Amma beton yol tamamlanmayıb deyə növbəti hissəni demək olar bütün yol perevaldı. Dönməkdən yorulur adam. Yol boyu tam kifayət edəcək qədər yanacaq doldurma məntəqəsi market və s hər şey var.
Batumidə ev falan tutmamışdıq getdik ora çatdıq açdıq Airbnb-dən baxdıq evlərə 40 usd-yə olan evi 30usd-yə razılaşdıq. Yaxşı da yerdə idi şəraiti də gözəl. Batumiyə getsəz Tbilisidə də məhşur olan HB adlı restoran şəbəkəsinin filialına gedib xingal yeyib chacha vurun. Hətta orda bir xanımla tanış olduq 8 il Bakıda yaşayıb. Restoran işlətmək istəyirmiş Nərimanov tərəfdə. Gedib gəlib pul istəyən çox olub, o da bezib qayıdıb.
Batumiyə getsəz mütləq Botanika bağına gedin. Gəzdikcə bitmir. Səhv xatırlamıramsa, 7 ya 8 GEL-dir giriş. amma o qədər yaşıllıq o qədər gözəl mənzərəsi var ki insan çıxmaq istəmir.
Çimərlikləri o şəkillərdə gördüyünüz qədər qumluq deyil, qumluq çimərlik tapmaq çətin işdi, hər yer daşdı )).
Sonra Batumidən Türkiyə tərəfə keçmək qərarına gəldik. Əgər maşınınız Gürcüstan nömrəsidirsə və Azərbaycan vətəndaşısınızsa Gürcüstanda oturum izniniz yoxdursa, Türkiyəyə maşınla daxil ola bilmirsiz . Girişdə 220 TL sığorta pulu ödəyirsiniz (3aylıq) amma TL ödəməlisiniz və kartla ödəniş keçmir ATM də yoxdur pul çəkməyə. Mən maşını gömrükdə qoydum getdim 5km aralıda ATM var ordan çəkdim gəldim geri, təzədən girdim gömrüyə maşını çıxartdım (şərait yaradırlar normal danışanda).
Türkiyə üçün hədəfimiz Ayder yaylası və ya Uzungöl idi. Gömrükdə türklərlə bir az söhbətləşdim, bir trabzonlu "la hemşerum Uzungöl çok bilindik oldu, hiç ettiler orayı. Napcan da orayu. Borçka ya gitta ula karagöle git" deyə elə israr etdi ki. Sürdük getdik karagöl deyilən yerə. İlahi o 30 km get get bitmir. Dağa qalxırsan da qalxırsan, bütün dağ yolu qəmbər daşları düzülüb möhtəşəmdir. Qalxdıqca mənzərəyə heyran qalırsınız. Axırda getdik Karagöl deyilən yerə çatdıq.
Şəxsən öz adıma deyim, çənəm yerə dəydi heyranlıqdan. Çox möhtəşəm bir yer. Yayla evləri var, qalmaq üçün. Axşam yeməyi, səhər yeməyi və qalmaq daxil 110 TL. Bazarlıq (qiymət öldürmək) edə bilirsiniz çox rahat. Davamında Gürcüstana qayıtdıq. Kabuleti konkret gənclərlə gediləsi Batuminin mini alternatividir. Dəyərləndirə bilərsiniz büdcə baxımından daha aşağı qiymətlər olacaq. Batumidən Tbilisiyə qayıdanda Poti yolu ilə gələ bilərsiniz yorulmamaq üçün. Azcana uzanacaq yolunuz amma dümdüz yoldu. Potinin mənzərələri də birbaşqa aləmdi.
Tbilisidə gənclərlə əylənmək istəyirsinizsə və techno musiqi sevirsinizsə Bassiani və Khidi kimi underground klublar var çox yaxşıdılar. Bassiani stadionda üzgüçülük hovuzu imiş (Baseyn) sonra deyiblər ə bizə üzmək lazımdı ? )) klub ediblər )). Khidi isə körpü altında bir yerdi elə Khidi də körpü deməkdir ))
Bakının Qlamur havasından çıxmamısınızsa və ya çıxmaq istəmirsinizsə El Centro var Shardeni-də, ora getməyə cəhd edin. Amma içəri keçmək çətindi, rezervasiya falan lazımdı ya da manager-i tanımaq )) ya da qapıda biraz səbr etmək ))
Bonus: Getdiyimiz yerlərdən birinin də adı Sighnaghi idi. Səhv bilmirəmsə elə Sığınacaq sözündən gəlir adı. Dağıstanlılardan qorunmaq üçün tikilib o şəhər. Sevgi şəhəri də deyirlər ora. Çox sakit hüzurlu bir yerdi. Restoran qiymətləri falan isə digər turistik şəhərlərə nisbətən daha ucuzdur.
Hamınıza xoş istirahətlər ))