Azərbaycan Hava Yolları Şirkəti sərnişinlərə və şirkətin müştərilərinə xəbərdarlıq edib. Seyyah.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:
Hörmətli dostlar və sərnişinlər!
Yay mövsümü və artan sərnişin sıxlığı ilə əlaqədar, bir daha xatırlatmaq istərdik ki, əl yükünün ölçüləri (sərnişinlərin təyyarənin salonuna götürə biləcəyi yük) məhduddur. Ölçülər: 55х35х20 sm, icazə verilən maksimum çəki: 10 kq.
Nəzərinizə çatdırırıq ki, hava limanında qeydiyyat masalarının əməkdaşları yuxarıda göstərilən tələblərə uyğun gəlməyən əl yükünü qeydiyyata alınmış baqaj kimi verməyi tələb edəcəklər.