Azərbaycanda yayı sərin keçən yerlərdən biri də Zaqatala- Balakən bölgəsidir. Bu yerlər öz təbiəti ilə daim turistlərin diqqətini cəlb edib. Bunu nəzərə alaraq seyyah.az Balakən və Zaqtalada yerləşən hotellərin qiymətlərini təqdim edir.
Ümumilikdə adıçəkilən bu bölgədə hotellərin sayı elə də çox deyil. Otellərin siyahısı isə belədir.
Qrata hotel
Zaqatala Hotel
Turqut Motel
İS Zaqatala Hotel
“Ləzzət” İstirahət Mərkəzi
“Hope Lake Guset House Zakatala”
“Olimpia kompleks otel”
“Sumu 2” motel
“Evim” hotel
“Dost qapısı”
Qubek****
Hotel Zaqatalanın mərkəzində yerləşir. Mehmanxanada 38 nömrə var. 1 nəfərlik nömrə 40 manat, iki nəfərlik 50, 3 nəfərlik nömrələr isə 75 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Hotelin lüks otaqlarına gəlincə, burada qiymətlər 100-150 manat arasında dəyişir. Bu nömrələrdə cakuzi var.
3 ulduzlu mehmanxanada 30 manata iki nəfər qonaqlaya bilər. Lakin bu qiymətə səhər yeməyi daxil deyil. Səhər yeməyi sifariş etmək üçün əlavə 3-5 manat ödəmək lazım olacaq. Bundan başqa, hotelin 6 kotteci var. Kottecdə iki nəfərin qonaqlaması 50 manatdır.
İstirahət mərkəzində sauna xidmətindən istifadə nəfər üçün saatı 20 manatdır.
Motel Zaqatalada asma körpünün yanında yerləşir. Burada ümumilikdə 14 nömrə var. 2 nəfərlik otaqların qiyməti 20 manat, 3 nəfərliklərin qiyməti isə 30 manatdır. Səhər yeməyi üçün əlavə ödəniş etmək lazım olacaq.
Mərkəzin sahibinin dediklərinə görə, burada artıq 30 ildir ki, fəaliyyət göstərir. Apartamentlərdə qonaqlama 2 nəfər üçün 20 manatdır. Bu qiymətə səhər yeməyi daxil deyil. İki nəfər üçün 35 manat ödəməklə qonaqlama ilə yanaşı gündə 3 dəfə yemək də əldə etmək olar. Bundan başqa istirahət mərkəzinin kottecləri də var. İki nəfərlik kottecdə adambaşına 10 manat ödəmək lazım olacaq. 4 nəfərlik kottec 60 manat, 6 nəfərlik kottec isə 90 manatdır.
Bu istirahət mərkəzi digərlərindən fərqlənir. Belə ki, Hope Lake Guest House Zakatala-da cəmi 3 kottec var. 4 nəfərlik kotteclərin qiyməti 80, 6 nəfərliklər 100, 8 nəfərliklər isə 120 manatdır. İstirahət mərkəzi Qaragül qəsəbəsində yerləşir.
Olimpia kompleksində yerləşən hoteldə 1 otaqlı iki nəfərlik nömrələrin qiyməti 40 manatdır. İki otaqlı 4 nəfərlik otaqlar 60 manat, 3 otaqlı 6 nəfərlik otaqlar isə 80 manatadır. Bu qiymətlərə səhər yeməyi də daxildir. Hovuzdan istifadə üçün saatına görə 3 manat ödəmək lazım olacaq. Qadınlar və kişilər üçün hovuz ayrı günlərdə təşkil olunur. Fitness zalından istifadə isə hər saat üçün 3 manatdır.
5 ulduzlu “Qubek Hotel” Balakəndəki yeganə hoteldir. Burada 2 nəfərlik standart otaqlar 60 manatdır. 3 nəfərlik otaqlar 75 manat, 4 nəfərlik otaqlar isə 80 manatdır. Bu qiymətə səhər yeməyi, hovuz və fitness zalından istifadə daxildir. Saunadan istifadə etmək istəyənlər isə 1 saat üçün 10 manat ödəməli olacaqlar.
Mənbə: fins.az