Bulvarda attraksionlar pulsuz olacaq

Bazar günü səhər saat 9:00-dan günorta saat 13:00-dək pulsuz aksiya keçiriləcək
Xəbərlər 29 May 2014 00:00 1636
Bulvarda attraksionlar pulsuz olacaq

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar həmin gün Dənizkənarı Milli Parkda attraksionlar pulsuz olacaq. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.


“Bazar günü səhər saat 9:00-dan günorta saat 13:00-dək  pulsuz aksiya keçiriləcək. Bu aksiya əksər attraksionlara aiddir. Bir-iki attraksion var ki, onlar əvvəllər də işləməyib, yenə də işləməyəcək. Bu sıraya "Qorxu evi", "Cinemalar", "Panoram" (şeytan çarxı) aiddir” - deyə, o qeyd edib.

Qeyd edək ki, pulsuz attraksionlar 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub.

"Gün.az"

OXŞAR XƏBƏRLƏR