Safa travel turizm şirkəti Qax-İlisu-Şəki və Qəbələyə 1 gecə 2 günlük tur təşkil edir.
Seyyah.az xəbər verir ki, səfər iyulun 22-23-də baş tutacaq.
Tura nəqliyyat, Qax Olympic Complex-də gecələmə, qidalanma (2 səhər, 1 nahar, 1 şam yeməyi) daxildir.
Bundan başqa tur iştirakçıları diskoteka və canlı musiqidən həzz ala biləcəklər.
Həmçinin, Şəki, Qax-İlisu və Qəbələ şəhərlərində ekskursiyalar təşkil olunacaq. Turun qiyməti 73 manatdır.
Turun proqramı:
22 iyul
06:30 - 06:45 - Toplanış (Nərimanov m. Mc.Donalds)
09:00 - 09:30 - Şamaxıda səhər yeməyi
13:00 - 13:30 - Otelə çatmaq və otaqların verilməsi
13:30 -14:30 - Nahar yeməyi
15:00 - 19:00 -Qax - İlisuya ekskursiya, İlisu Ram-Rama şəlaləsi, Sumu Qala, Ulu körpü
19:30-20:30 - Axşam yeməyi
20:30-23:00 Diskoteka,karaoke və s.
23 iyul
09:00 - 10:00 - Səhər yeməyi
10:45 - 11:00 Kompleksdən çıxış
12:15 - 15:00 Şəki Şəhər Ekskursiyası (Şəki Xan Sarayı,Karvansaray,ƏliƏhməd,Yəhya Halvaları və s)
Mənbə: fins.az